Hamiləlik zamanı cinsi münasibətlər
Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq gətirək.
==================================================
Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarnı hiss edirlərmi?Bu onlarçun təhlükəli deyilmi?
Uşağı matka pərdəsi qoruyur(o yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı maddələr qəbul edir.
Hansı poza təhlükəlidir?
Normal keçən hamiləlikdə demək olarki,heç bir poza təhlükəli deyil.Əsas gələcək ananın rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə yol verilməməlidir.
Cinsi istək azalırmı?
Qadınlarda adətən azalmır.Əgər azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola bilər.
Nə vaxt cinsi əlaqə olmaz?
Əgər hamiləlikdə problem varsa (qanaxma,düşmə ehtimalı və s.) ,ya kişidə hər hansı mikrob varsa cinsi əlaqə olmaz.Hər ehtimala qarşı həkim məsləhəti olmalıdır.Aybaşı olacaqmız günlərdə olmaz-belə hallarda düşmə ehtimalı olur.
Psixoloji fakt:
Ailə həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır.Hamiləlik ailə həyatında ən vacib məqamdır.
Qadınların əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək lazımdır.Həkim heç bir qorxu,uşağa ziyanı olmadığnı başa salmalıdır.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 328 Bölmə: Cinsel Bilgiler