Bir çox hallarda qadınlar həkim-ginekoloqa müraciət edərək cinsiyyət yolların- dan ifrazatların olmasından şikayət edirlər. Əksər qadınlar səhv olaraq, bunu ancaq hər hansı bir infeksiya və ya xəstəliyin əlaməti hesab edirlər.
Həqiqətdə isə bu heç də belə deyil. Qadın cinsiyyət yollarından ifrazatların xaric olması istənilən yaş qrupundan olan qadınlar üçün xarakterik olub yumurtalıqların fəaliyyətinin göstəricisidir.
Yalnız 8-9 yaşınadək olan müddət ərzində qız uşaqlarında belə ifra- zat olmur. Buna səbəb isə yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməməsidir. Bu yaşadək olan qız uşaqlarında qadın cinsi hormonları az miqdarda hasil olur və onların orqanizmə olan təsiri də minimal olur.
9 yaşından sonra qız uşaqlarında cinsi yollardan ifrazat xaric olmağa başlasa da, bu, daimi xarakter daşımır. Bu, selik olub, xarici görünüşünə görə, çiy yumurta zülalı və ya düyü həlimi ilə müqayisə oluna bilər. Cinsi yetkinlik başladıqdan sonra ifrazat, menstrual tsiklin fazasından asılı olaraq, dövrü xarakter almağa başlayır.
Aybaşı başa çatan kimi, ifrazat da, demək olar ki, yox olur. Aybaşı tsiklinin ortasında şəffaf selikli ifrazat xaric olur ki, bu da görünüşcə çiy toyuq yumurtası ağına bənzəyir. Bu, baş vermiş ovulyasiyanın və estrogenlərin maksimal səviyyədə olmasının əlamətidir. Menstruasiyanın başlamasından bir qədər əvvəl isə düyü həliminə oxşar açıq rəngli həmcins maye xaric olur.
Qadın cinsi orqanlarında normal təbii ifrazatlardan savayı, patoloji ifrazatlar da olur. Bir çox hallarda onların miqdarı normal həddən artıq, yaşıl rəngə çalan, xoşagəlməz qoxulu, müəyyən miqdarda qan və irin qarışığı ilə, daxili qişaya yeyici təsir edən və s. xüsusiyyətlərə malik olur. Əksər hallarda belə ifrazatların səbəbi qadın cinsi yollarının iltihabi xəstəlikləri (vaginit – uşaqlıq yolunun iltihabı, servisit – uşaqlıq boynunun iltihabı və s.) səbəb olur.
Bu xəstəliklər müalicə olunmadığı təqdirdə daha ağır patoloji xəstəliklərin (endometrioz, uşaqlığın mioması, uşaqlıq boynunun ağır patologiyaları, sonsuzluq və s.) yaranmasına səbəb ola bilərlər. Buna görə də qeyd edilən patoloji ifrazatlar müşahidə edildiyi bütün hallarda mümkün qədər tez olmaqla həkim-ginekoloqa müraciət etmək vacib hesab edilir.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Cinsel Bilgiler