Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erogen zonalara təsir

Cinsiyyət üzvlərindən kənar erogen zonalara təsir etmək ehtiras hissi yaratmırsa, yeni erogen zonaları qıcıqlandırmaq lazımdır.
Bəzən cinsi əlaqə aktları qadınlarda şiddətli ağrılara səbəb olur və bu səbəbdən özünü qoruma reaksiyası kimi qadının əlaqəyə meyli azalır ki, bu da onların ərlərində təəccüb, əsəbilik və hətta qısqanclıq hissləri yaradır. Burada yeganə çıxış yolu ər-arvadın bu səbəbi yaradan vəziyyəti öz aralarında açıq söhbətlə aydınlaşdırıb bir-birini başa düşmələrindədir. Cinsi əlaqədə ər-arvad arasında cinsi uyğunluq, seksuallığın tədricən uyğunlaşdırılması, cinsi yaxınlıqdan alman xoş hisslər cinsi əlaqənin bütün dövrlərində əlaqə aktından əvvəl, aktla süni vaxtda və hətta eyakulyasiyadan sonra da seksual qadın üçün eyni dərəcədə arzu olunan və təkrar olunması gözlənilən münasibətdir. Məlumdur ki, qısa fasilə ilə təkrarlanan cinsi əlaqə aktının müddəti daha çox olur. Buna görə də kişinin bu imkanından istifadə edilməlidir.


Qadında cinsi əlaqəyə qarşı həqiqi soyuqluq olduqda friksiya dövrünün uzunluğunun, ümumiyyətlə, bunun üçün heç bir əhəmiyyəti yoxdur. Onu tez baş verən eyakulyasiya nəticəsində ərində yaranmış psixi vəziyyət daha çox narahat edir. Arvadının bu əlaqədən razı qaldığı haqqında dediyi sözlərsə kişini inandırmır. Başqa çıxış yolu tapmayan qadın, bu onun üçün çox çətin də olsa, yalandan süni orqazm yaradır.

Ərində tələsik baş verən eyakulyasiyadan seksual qadının narazı qalmasını başa düşmək olar. Amma qeyri-iradi baş verən, kişinin iradəsinə tabe olmayan eyakulyasiya üstündə onu günahlandırmaq olmaz. Cinsi əlaqə aktının müddətini uzatmaq üçün kişilərin əksəriyyətinə mümkün – Ola biləcək üsullar aşağıda qeyd olunur:

a) intim yaxınlığa qədər ki sevgi oyununun müddətini bir qədər qısaltmah;
b) friksiya hərəkətlərinin amplitudasını azaltmalı;
v) friksiyanın ritmini azaltmalı
q) fikri yayındırma üsulundan istifadə etməli
d) cinsiyyət üzvünün uç hissəsində hissiyyatı azaltmaq məqsədilə prezervativdən və ya yerli keyləşdirici məlhəmdən istifadə etməli;
e) intim münasibətdə qadının hərəkətləri həddən çox qıcıqlandırıcı olmamalıdır;
ə) cinsi əlaqə aktları arasında çox uzun fasilələr verilməməlidir.
Qadınlarda seksuallığın pozulması çoxcəhətli olsa da, – gənc ailədə ər-arvad münasibətlərində uyğunluğa ən çox təsir edən amorqazm qrupudur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Cinsel Bilgiler
loading...