Ədəbiyyat insanın təxəyyül və ehtirasını şiddətləndirə biləcək çox güclü vasitədir. İnsan mütaliə zaman çox vaxt özünü əsər qəhrəmanının yerində təsəvvür edir və müəllif fikrinin iziylə gedərək, ona öz əlavələrini edir, bir növ onu özünükiləşdirir. Həm de insanın həvəs və meylindən asılı olaraq, o elə romana, yaxud epizoda üstünlük verir ki, onun gizli istək və arzularına daha çox cavab versin. Məsələn, bəzi qadınlar hökmlü kişiləri xoşlayır, istəyirlər ki, seksdə onlara qarşı güc tətbiq olunsun. Bu cür zorakılıq onlara maksimum həzz bəxş edir. Kişilər, özlərini qadının ağası, mütləq hakimi kimi hiss etmək istəyir, seksdə ondan öz qanuni qəniməti kimi qeydsiz-şərtsiz istifadə etməyi normal hal sayır.
Cinsi münasibətlərin incədən-incəyə, özü də ustalıqla təsvir edildiyi ədəbiyyat. bir növ seksual narkotikdir. Hətta video da mütaliyə qədər güclü təsir göstərə bilmir. Video tamaşaçını öz hekayətinin dar çərçivəsinə salır, ədəbiyyat isə onun fantaziyasına hüdudsuz meydan verir. Tamaşaçı videoda onun xoşuna gəlməyən qadın (yaxud kişi) bədənini görür, onda istək deyil, iyrənclik hissi doğuran hərəkətləri müşahidə edir və s. Mütaliə zamanı isə təxəyyül qadını, yaxud kişini istədiyi biçimə salır.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Cinsel Bilgiler