Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntim əlaqəyə mane olan səbəblər

Psixi və fiziki cəhətdən iki yetkin şəxsin intim əlaqəyə girə bilməməsinə mane olan səbəb nədir? Nə üçün ər-arvadın cinsi həyata başlamaq cəhdləri boşa çıxır? Mütəxəssislər nikahların belə vəziyyətinə bir-biri ilə əlaqədar olan bir is kimi səbəb göstərirlər.

İlk cinsi əlaqədən əvvəl hər bir qızda müəyyən emosional gərginlik olur. Lakin bəkarət nikahında cinsi əlaqəyə girişmək məqamı gələndə bu gərginlik qorxuya, bəzən təlaşlı qorxuya çevrilir. Belə reaksiya ən çox tez mütəəssir olan qızlarda baş verir.

İlk cinsi əlaqədə ağrı qorxusu (kontofobiya) o qədər aydın görünür ki, cinsi əlaqəyə tamamilə razı olan qızda kişinin ilk aktını hərəkəti onda öz arzusuna münasib olmayan hərəkətlərin baş verməsinə səbəb olur. O ağlamağa, çırpınıb ağuşdan çıxmağa çalışır, ərini itələyərək “bu işi” o birisi günə saxlamağı xahiş edir. Qızın özünü belə aparması, onun daxili həyəcanlarını o yerə çatdırır ki, onun xarici cinsiyyət üzvlərinə ən incə və ehtiyatlı təmas onda xoşa gəlməyən hisslər əmələ gətirir və o, qəti sürətdə intim əlaqəni rədd edir. Belə vəziyyətə uşaqlıq yolunun və çanaqdibi əzələlərinin qeyri-iradi qıcolması (vaginizm) da əlavə olunursa yalnız cinsi əlaqəyə deyil, hətta adi ginekoloji müayinənin aparılmasına da imkan vermir. Vaginizmin ən kəskin forması hətta müayinə haqqında fikirləşdikdə belə baş verən spastik qıcolmalardır.

Gələcəkdə hər şeyin yaxşılıqla qurtaracağı ümidilə yeni evlənənlər cinsi əlaqə arzusundan müvəqqəti olaraq əl çəkir və hərdənbir qorxa-qorxa bu təşəbbüsü təkrar etməyə çalışırlarsa da, belə təşəbbüslər özünü doğrultmur. Əgər belə nikah uzun müddət davam edirsə bununla əlaqədar nevrozlar və başqa daha ağır simptomlar yaranır. Mütəxəssislər belə hesab edirlər ki, bəkarət nikahı qorxaq, hər şeydən şübhələnən, cəsarətsiz qızların və yumşaq xasiyyətli, mədəni, arvadlarının istək və arzularını özlərinkindən üstün tutan kişilərin qismətinə çıxır. Virqoqamiyada qızın müqaviməti dərk olunan haldır və ər-arvadın birgə səyi ilə aradan qaldırıla bilər. Vakinizm isə əzələlərin qıç olmasıdır və nevrotik vəziyyətin nəticəsində yaranan reflektor xüsusiyyətli olub, qızın özündən asılı deyil, bu da böyük təcrübəli psixoterapevtik müdaxilə tələb edir. Çox vaxt vakinizmi olan qadınlar öz vəziyyətlərinin məntiqsiz olduğunu başa düşərək əzab çəkir, vəziyyəti dəyişmək istəyir, lakin heç bir şey edə bilmirlər. Ərin danlağı, hədə-qorxuları vəziyyətin daha da kəskinləşməsinə, vəziyyətdən heç bir çıxış yolu olmadığının aydınlaşması depressiya vəziyyətinin əmələ gəlməsinə səbəb olur.

Əsəbi vəziyyətdən və şəxsi xasiyyətdən əlavə, kontofobiya və vakinizmin səbəbləri nikahın gələcəyi haqqında ümidsizlik, ərin (arvadın) haqqında ümidlərin boşa çıxması, arzu olunmayan hamiləlik qorxusu və s. ola bilər. Vakinizmin yalnız qızlarda olduğunu fikirləşmək də düzgün deyil. Belə vəziyyət doğmuş qadınlarda nevrozun əlaməti kimi və cinsiyyət üzvlərində müxtəlif səbəblərdən baş verən ağrılar, anusda çatlar və s. hallarda yarana bilər. Bəzən vakinizmin səbəbi belə vəziyyətdə olmaq arzusundan da doğa bilər, çünki “xəstənin” vəziyyəti ailədə ətrafdakılardan qadına xüsusi diqqət və imtiyazların verilməsinə haqq qazandırır.

Ər-arvadda çox böyük psixoloji uyğunluq olduqda qızlıq pərdəsinin deşilməməsi ailənin dağılmasına nisbətən az hallarda səbəb olur. Belə vəziyyətdə Onlar hər ikisini seksual cəhətdən təmin edən üsullar axtarır və belə bir üsulu taparaq, uzun illər nikahı pozmurlar və yalnız müəyyən ciddi bir səbəbə görə (sonsuzluq, xəstəlik və s.) “mütəxəssis həkimə müraciət edirlər. Onu da qeyd etmək lazımdır ki, normal cinsi həyat keçirən ailələrdəki qadınlara nisbətən belə ailələrdə orqazm hiss etməyən qadınlar faiz etibarı ilə daha azdırlar. Ola bilsin ki, belə izdivacda qadın müxtəlif erogen zonaların daha güclü təsirini alır ki, bu da onun daxili tələbatına cavab verir.

Seksual uyğunsuzluğun bütün hallarında olduğu kimi belə nikahda da həm ər, həm də arvad müayinə və müalicə olunmalıdır. Burada başlıca məsələ cinsi pozuntunun ilkin səbəbini müəyyənləşdirmək və bununla əlaqədar müalicə etməkdir. Bu müalicənin əsasını psixoterapiya Təşkil etməli və ilk növbədə intim yaxınlığa mənfi təsir göstərən səbəblər aradan qaldırılmalıdır. Bu maman uşaqlıq yolunun dəhlizində staplarla ağrısız. treninq üsulu ilə, tədricən qadını bu üsula adət etdirməklə müalicə aparılır. Mütəxəssislər belə hesab edirlər ki, ər-arvad kömək üçün vaxtında müraciət etdikdə, həmçinin onların bir-birinə böyük kömək etmək arzu və səyi olduqda, demək olar ki, 100% sağalma əldə edilir.
Belə vəziyyətin baş verməməsi üçün vaxtında cinsi tərbiyə və maarifə, nikaha qədər məsləhətə və nikaha hazırlıq məsələlərinə xüsusi əhəmiyyət verilir. Hamiləliyə qarşı etibarlı vasitələrin tövsiyə olunması, ailədə psixoloji iqlimin yaxşılaşdırılması, nevrozların müalicəsi kimi tədbirlərin də bu məsələdə əhəmiyyəti böyükdür.

Əxlaq məsələsində olduqca ciddi və tələbkar olan, qadın cinsiyyət üzvlərinin anatomik quruluşunu bilməyən ər qarşısında birinci nikah gecəsi bir sıra çətinliklər baş verir ki, bununla da o, normal ereksiya vəziyyətində olan cinsiyyət üzvünü qadının uşaqlıq yoluna daxil edə bilmir. Belə vəziyyəti (virqoqamiyanı) sadəcə olaraq ərin qeyri-təbii utancaqlığı, seksoloji nadanlıq və təbii hisslərin süni surətdə boğulub gizlədilməsilə izah etmək olar. Bir qədər cəsarətlənmiş ərin uğursuzluğun səbəbini müəyyən etmək arzusu (bu isə qadının cinsiyyət üzvü ilə yaxından tanış olmaqdan ibarətdir) arvadın ciddi etirazına səbəb olur. həkimə müraciət edən bir qadın: Boşanaram, amma buna yol vermərəm demişdi. Belə münasibətin nə qədər böyük səhv olduğu yəqin ki, hamıya aydındır. Axı müəyyən müddətdən sonra ər-arvad arasında yaranan intim münasibət onların bir-birini hər bir şəkildə öyrənmək, müşahidə etmək imkanı yaradacaqdır. Buna görə qeyd olunan hadisədə qadının bu məsələyə münasibəti, ailənin pozulub dağılması ər-arvadın seksual nadanlığından irəli gələn hadisədir. Belə hadisələr isə bəlkə də gələcəkdə çox xoşbəxt olacaq ailəni ilk günlərdən pozub dağıdır.

Onu da qeyd etməliyik ki, cərrahi müdaxilə tələb edən çox qalın qızlıq pərdəsi müstəsna hallarda olur. Birinci nikah gecəsi bakirəliyin pozulmamasının ən əsas səbəbi isə gənc, təcrübəsiz kişinin qorxu hisslər, özünə inamsızlığın nəticəsidir. Cinsi əlaqəyə təşəbbüs edən kişidə ereksiyanın zəif olması üzündən cinsiyyət üzvünü uşaqlıq yoluna daxil edə bilməməsi bir çox gənc ailələr üçün xarakter hadisədir. Bu vəziyyətin səbəbi kimi çox vaxt kişidə cinsi qıcıqlanmanı pozan amillər özünə inamsızlıq, utancaqlıq, uğursuzluq baş verəcəyinin əvvəlcədən yaranmış qorxusu və s. göstərilə bilər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Cinsel Bilgiler
loading...