Bu məsələyə bir-neçə yöndən münasibət bildirmək olar. İlk əvvəl bu vasitələrdən hansı məqsədlə istifadə edilməsini bilmək vacibdir. Təbii ki, burada elə səbəblər vardır ki, bu, cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilməsini tələb edir.
Məsələn, cəmiyyətimizdə maddi çətinlik səbəbindən bəzi ailələr çox uşaq dünyaya gətirmək istəmirlər. Yaxud da qadının səhhətində yaranan bəzi problemlər də onun uşaq dünyaya gətirməsinə mane ola bilər. Məhz bu və ya digər üzürlü səbəblər olarasa, cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək mümkündür. Habelə istifadə ediləcək vasitələrin hər iki tərəfin orqanizminə mənfi təsir edib-etməyəcəyi də nəzərə alınmalıdır.
İstifadə ediləcək vasitələrə keçməzdən əvvəl qeyd etmək istərdik ki, uşaq dünyaya gətirmək, ona süd vermək və onu böyüdüb boya-başa çatdırmaq qadınların ümdə vəzifəsidir. Sadalananları yerinə yetirmək üçün qadının cismən və mənən sağlam olması vacibdir.
İslam dinində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilib-edilməməsi məsələsi müxtəlif yönlərdən izah edilir. Bunları aşağıdakı kimi sıralamaq olar:
Əzl: Kişinin cinsi əlaqə zamanı spermanı kənara boşaltmasıdır. Peyğəmbərimiz (s) bəzi hədislərində bu üsuldan istifadə etməyə icazə vermişdir. Hənəfi məzhəbinin alimləri də qadının icazəsi olarsa, “əzl”in caiz (icazəli) olmasına hökm vermişlər.
“Əzl” qorunma vasitələrindən biridir. Müasir dövrdə yeni üsulların tətbiqi ilə də qorunma mümkündür. Bu, qadının hamilə qalmasının qarşısını alır. Məsələn, qadının yumurtalıqlarının, kişinin isə prostat vəzisinin kəsilib götürülməsi və.s. Ancaq bu vasitələr insan fitrətinə ziddir. Bu səbəbdən İslam alimləri də bunun haram olduğunu bildirmişlər.
Qadının analıq kanallarının bağladılması: Bu, cərrahiyyə əməliyyatı ilə yumurtalıqlara gedən kanalların bağladılması üsuludur. İslam alimləri bu üsulun da zərərli olduğunu deyirlər. Çünki bu, Allahın bəxş etdiyi fitrətə müdaxilə etmək deməkdir və bunun sonsuzluğa gətirib çıxarma ehtimalı daha çoxdur. Bəzən belə vasitələrin sonsuzluqla yanaşı, gələcəkdə xəstə və şikəst uşaqların dünyaya gəlməsinə şərait yaratdığı bir çoxlarına məlumdur.
Qoruyucu rezin (prezervativ): “Əzl”dən daha asan olduğu üçün, “əzl”ə icazə verən alimlərin bu üsula da icazə verdikləri məlumdur.
Spiral qoydurmaq: İbn Abidin özünün “ən-Nəhr” adlı kitabında bu vasitəylə qorunmağa icazə verir. O, öz kitabında yazır ki, “Qadın analıq kanallarını bağlamaq haqqına sahibdir. Ancaq bunu öz ərinin icazəsi olmadan edərsə, bu haramdır”.
Həblərdən istifadə etmək: Kişi və ya qadın müxtəlif həb və dərmanlardan istifadə etməzdən əvvəl, şəriətə və öz peşəsinə dərindən bələd olan həkimlə məsləhətləşməlidir. Bu dərmanların qadına, kişiyə və insan orqanizminə nə qədər zərərli olub-olmaması dəqiqləşdirilməlidir.
Xülasə, qadınla kişi ümumi mənafedən çıxış etməklə cinsi əlaqə zamanı qoruyuculardan istifadə edə bilərlər.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Cinsel Bilgiler