Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O sənə söz vermişdi ki, sən onların gəlini olacaqsan!

Oğlanla qız artıq çoxdan idi ki, görüşürdülər. Günlərin bir günü görüşdə oğlan
qıza deyir:

- Biz ayrılmalıyıq!

Qız cavab verir:

- Niyə?
Axı biz bir-birimizi sevirik.

Oglan:

- Çünki mən evlənirəm
başqasıyla.

Qız əvvəlcə anlamadı, və oglan ona izah etməyə başladı:

- Anlayırsan,
mənim valideynlərim mənə səninlə evlənməyə icazə verməyəcəklər.

Göz yaşlarında qız boğularaq
qaçır və gedərkən də tək onu sevəcəyini bildirir.

Bir aydan sonra qız oğlangilin evlərinin yanindan təsadüfən keçəndə əllərində çoxlu gül dəstələri tutmuş insanları görür və düşünür ki, oğlanın artıq nişanıdır. Ürəyi parçalanmış halda evə ağlaya-ağlaya qayıdır.

Bir il sonra isə qız
çox yaraşıqlı bir oğlanla qarşılaşır və oğlan qıza dəlicəsinə aşiq olur. Oğlan
valideynlərini qızgilə yollayır və ümumi razılaşma ilə toya hazırlıqlar başlayır.

Nəhayət...

Toy günü gəldi və gözəl keçən toydan sonra oğlan qıza deyir:

- Yadındadır,
bir il əvvəl dəli kimi sevdiyin oglan səni atdı?

- Qız cavabında - bəli yadımdadır! Sən hardan onun haqda bilirsən?

- O mənim doğma qardaşımdır. O başqasıyla evlənmədi, o
xərçəng xəstəliyindən dünyasını dəyişdi, ölməmişdən əvvəl məndən xahiş etdi ki, mən səninlə evlənim çünki
o sənə söz vermişdi ki, sən onların gəlini olacaqsan!


Tarix: 03.12.2014 / 18:51 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Burcler haqqinda çox şey
loading...