Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALVER DƏLİSİ BÜRCLƏR

Hansı bürclərə alver düşkünü deyərsiniz?
Kimi alver dəlisidir, kimi də yalnız endirimləri izləyir. Kimi marka məhsullardan başqa bir şey almazkən, kimi isə bazardan alver etməyə bayılır!
Nəticədə hamımızın ehtiyacları var, istəsək də istəməsək də alverə çıxmaq məcburiyyətindəyik. Lakin bir-birimizdə fərqlənmdiyimiz nöqtə alverdə sərgilədiyimiz tutumdur…
"Mən necəyəm görəsən?" deyənlər bürcünüzü oxumağa laqeyd yanaşmayın…

Qoç



"İstədiyimi aldım, digəri lütfən…"
Pulu bu gün varsa, sabah yoxdur. Əlindəkinin qiymətini çox da bilməyən Qoç bürcləri, pulun dəyərini də bilməz. Tələsikçi və həvəsli bir xarakterə sahib olduqları üçün çox bəyəndikləri bir paltara, əşyaya dərhal o an sahib olmaq istər. Əgər aradan zaman keçsə maraqları başqa şeylərə də düşür onsuz da...
Onların alver vərdişləri eynilə əlaqələri kimidir əslində. Meymun iştahlı olduqları üçün min bir həvəslə aldıqları əşyanı, on gün sonra bir baxarsınız küncə atmışlar… Lakin o on gün içində də hər gün istifadə edərək zövq alarlar. Zövqləri də olduqca şişirdilmiş ola bilər. Rəngsiz şeylər seçimləri olmadığı kimi, "papaq alım" deyə gedib, telefon da ala bilərlər. Məsələn, o an nəyi bəyənirlərsə onu almaq istəmələridir əsas...
Planlı alverə çıxmaları çox da işə yaramır, təəssüf ki,…

Buğa



"Tamam, bu mənə bəsdi daha…"
Hesablı - kitablı, planlı- proqramlı bir alver yoldaşı axtarırsınızsa buyurun, Buğa bürcləri burada…
Onlar sabit xüsusiyyətlərə sahibdirlər, hələm-hələm bəyənməz və tərzləri xaricinə çıxmazlar. Veneranın insanı olmaları onsuz da onları zövq sahibi edər, lakin bir Tərəzi qədər alver dəlisi əsla deyildirlər. Məntiq çərçivəsində, ehtiyacı olana istiqamətli alver stilləri vardır. Lakin aldıqları şey nə olursa olsun, keyfiyyətli və bahalı bir şey olar. Aldığını uzun illər istifadə edə bilər, ona görə də keyfiyyətli olmasına əhəmiyyət verər. Belə bir məhsula verdiyi pula əsla ağrımaz. Ona - ən çox nəyə pul xərcləyirsən - deyə soruşsanız: - yemək - deyə cavab verə bilər. Boğazlarına çox düşkün olan Buğa bürcləri mətbəx alveri etməkdən, market - market gəzməkdən çox xoşlanar. Eyni şəkildə evlərində də zövqlə döşədikləri yerin başında mətbəx gəlir…

Əkizlər



"A, bu da çox maraqlıymış tək…"
Tam bir məkan dəlisi! Fərq etdinizsə alver dəlisi demirəm. Çünki onun işi gücü alverə deyə çıxıb, mağaza - mağaza gəzməkdir. Vitrində bir şey bəyənib içəri girər, sonra bir baxmısınız qaça - qaça qarşı mağazaya gedir. Çünki orada marağını çəkən çox daha fərqli bir şey görüb. Dəyişən fikirləri olsa da, bir şəkildə evə əli dolu gəlir. Lakin sizə söylədiklərinin tam tərsini almış bir şəkildə… Kosmetik və texnoloji məhsullar hər vaxt favoritləridir. Ayrıca internet üzərindən alver etməyə də huşunu itirərlər. Texnologiyanın nemətlərindən faydalanmaqda üstlərinə gələn yoxdur. E, nə də olsa ünsiyyət planeti Merkurinin insanı onlar…

Xərçəng



"Nostalji bir havası var əslində, ala bilərəm…"
Xərçənglərin alver anlayışları bibi/hələ kəşf edilməmişdir. Zarafat bir tərəfə, alverlə əlaqədar ən əsassız hərəkətlərə sahib bürclərin başında gəlir. Bir baxmısınız "buna bu qədər pulmu verilər?" dediyiniz şeyi, o pat deyə almışdır... Bir baxarsınız ehtiyacı olduğu halda alınması lazım olan şeyi xəsislik edib almamış..... Xəsisdilərmi, əlləri açıqmı bilmək olmur, iç duyğu dünyası kimi qarmaqarışıqdılar!
Ay tərəfindən idarə olunmaq çətindir, düşüncələri davamlı bir-biriylə qarşıdurma halındadır. Əslində onlar əksəriyyətlə zehinlərini boşaltmaq üçün alverə çıxarlar. Zövqləri də dəyişikdir, hər kəsin bəyəndiyini bəyənməz öz kombinlerini meydana gətirməkdən zövq alarlar.

Şir



"Bahalıdırsa, keyfiyyətlidir!"
Nə qədər bahalı, o qədər möhkəm… Bəli, onların alver anlayışları bahalı olan hər şeyi almaqdır. Alverə çıxanda əvvədən nə alacaqlarını planlar, hətta yazarlar. Geyinib - keçinməyə da laqeyd yanaşmazlar. Alverə hörmətləri böyükdür. Zarafat bir tərəfə saatlarla çöldə olacaqları üçün gözəl görünmək istəyərlər. Siyahısındakı hər şeyi aldıqları kimi, ikinci bir siyahını da orada edib mütləq hesabda olmayan şeylər də alarlar. Əslində birinin onları dayandırması lazımdır!
Sönük rənglərmi? Əsla! Parıltılar və daşlar, tam onlara görə… Kredit kartları yanlarında deyilsə özlərini çılpaq kimi hiss edərlər. Borca girərək alver edən bürclərin başında gəldiklərini söyləməmə çaşmazsınız deyilmi?

Qız



"Gələn ay alaram, ya…"
Təxirə salma, imtina etmə, fikir dəyişdirmə, çoxuna əl uzatmama… Bu sizə bir Qız bürcünün alver hekayəsi! Yeni bir şey almaq onlara çətin gəlir, köhnəsini çevirib - çevirib istifadə edərlər. Bazardan alver etmək xoşlarına gələr, çünki həm növ çoxdur və hamısı eyni yerdədir. Çox yerlər gəzmək məcburiyyətində qalmazlar. Həm də ucuzdur! Bəli, onlar hesab - kitab insanı… Paltara, bahalı əşyalara çox pul xərcləmək xoşlarına getmədiyi kimi gərək də duymazlar. Şkafı dolu olduğu halda eyni paltarı davamlı geyə bilərlər. Onlar üçün həyatda lüksdən və bəzənib -düzənməkdə n daha əhəmiyyətli şeylər vardır. Sadə və qəşəng olmağı bacara bildikləri müddətcə daha çoxuna ehtiyac duymazlar. Araşdırma etmədən, məhsulları bir-biriylə müqayisə etmədən alverə çıxdıqları mümkünsüz...

Tərəzi



"Çətin tapdım səni, asan - asan itirməm!"
Bu sözü sevgilisinə söyləyir zənn edirsinizsə, yanılırsınız. O qərarsızlıqların insanı! Həm keyfiyyətli olsun, həm ona yaraşsın, həm digər paltarlarıyla kombinləyə bilsin… Əslində onlar tam olaraq alver dəlisi olaraq xarakterizə edilə bilərlər. Gözəlliklər planeti Venera onların da geyimə düşkün olmasını təmin etmişdir. Ən gözəl geyinən və geydiyini yaraşdıran bu bürclərlə alverə çıxma isə tam bir işgəncədir! Həm saatlarla gəzərlər, həm də hər bəyəndiklərini sınayarlar. Pulmu? Çox da əhəmiyyətli deyil, yetər ki, fikrindəki o geyimi tapa bilsin…

Əqrəb



"Mənə çox yaraşdı!"
Gəldim, aldım, getdim… Əqrəb insanı dəqiqdir, neyə ehtiyacı olduğunu bilər və bu şüurla alverə çıxar. Alver onlar üçün zövq deyil, lazımlılıqdır. Hər dəqiqə mağaza gəzən, hər gördüyünü alan biri əsla ola bilməz. Onsuz da pulunun hesabını da çox yaxşı bilər. Təcrübə edərək, pulunu daha böyük şeylər almaq üçün (ev, avtomobil, torpaq, qızıl vs.) istifadə edər. Xoşlarına gedən bir paltarı sınadıqdan sonra özlərinə yaraşdığını düşündükləri anda (özlərini seksual hiss etdikləri zaman desəm daha doğru olar) alarlar və onlar üçün bu alver bitmişdir. Normalda endirimləri izləyən Əqrəblər üçün heç ağrımadan pul xərcləyəcəkləri şeylər isə alt paltarları, losyonlar, bədən baxım məhsulları və ətirlərdir…

Oxatan



"Ay bu qədər yetər, sıkıldımmmm"
Onlarla saatlarla gəzəcəyinizimi sanırsınız? O zaman yanılırsınız. Gəzməkdən bu qədər xoşlanan bir insanın alverdə zaman itirməkdən nifrət etməsi eyni paralellikdə irəliləyər. Gəzərkən gözlərinə ilişən bir şey varsa, onu almağı seçərlər.
Aldığı kreslo, paltar, bilərzik, telefon vs. nə alırsa - alsın istifadəsi rahat olsun yetər. Elə nümayiş düşkünü deyil, lakin bəyəndiyi şeyə də bütün pulunu verə bilər. Onsuz daəlinə keçən pulu eynilə bu gün xərcləyər. Təcrübə etməsi çox çətindir.

Oğlaq



"Nə gərək var?"
Boş yerə alver etməkdən xoşlanmazlar. Alverə çıxmadan əvvəl lazımlı olanların siyahısını tutarlar və sistematik bir şəkildə davranarlar. Zaman onlar üçün qiymətlidir, eyni şəkildə pul da… Hələ ki, bir Oğlaq bürcüylə alverə çıxıb ona fikir məsləhətləşsəniz yandınız. "Çoxmu ehtiyacın var sanki, məncə ehtiyac yoxdur" deyərək mövzunu bağlama xüsusiyyəti ilə sizi alverdən soyuda bilər. Zarafat bir tərəfə, onlar büdcə mövzusunda həssasdırlar və lüks olana çox da yönəlməzlər. Təbii ki, keyfiyyət əhəmiyyətlidir, lakin ən bahalısı deyil… Oğlaq bürcləri üçün istifadə asanlığı olan məhsullar ön plandadır. Sistematik bir şəkildə mağazalara girib, sürətlicə alacaqlarını alan və ətrafına huşsuz deyil də ciddi bir şəkildə baxan birini görsəniz bilin Oğlaq bürcüdür.


Dolça



"Burada da bir mağaza qalmış sanki…"
Kəşf etmək, maraq, hər şeyi araşdırmaq! Dolça bürcləri gəzməyi, fərqli yerləri kəşf etməyi sevərlər. Onların alver dəliliyi içində olduğunu sanmayın, əslində endirimli günləri çox yaxşı bilərlər və buna görə özlərini hazırlayarlar. Davamlı eyni yerdən alver etməkdənsə fərqli mağazalara gedib, dəyişiklik etməyi sevərlər. Onsuz da onların tərzləri də hər kəsdən fərqlidir… Nə də olsa Uranın üsyankar uşaqlarından bəhs edirik, stil olaraq bizdən fərqli olmaq onların ən təbii haqqı deyilmi?
Texnologiyaya da son dərəcə düşkün olduqları üçün ən son çıxan model telefon, televiziya və s. əşyaları onun evində görmək mümkündür.

Balıqlar



"Çox yoruldum, tutun bu zamanı!"
Balıq bürcləri alver əsnasında çox dağınıq və nizamsız bir stil təyin edərlər özlərinə. Buna görə də həm özlərini gərəksiz yerə yorarlar, həm də zamanı yetişdirə bilməzlər. Ehtiyacı olanı almanın xaricində hər şeyi alıb evinə geri dönmək məcburiyyətində qalan neçə Balıq bürcü var, siz bilirsinizmi? Kefli, kefli gəzişib yeməyini yeyər, çayını içər… Hətta yoldaşlarıyla söhbət də edər bu əsnada. Sonra bir baxmış ki, axşam olmuş və əlində yalnız "ay bunu da alım, nə olacaq ki, çox gözəldir" dediyi paltarlar dayanır. Amma nəticə etibarilə onlar alver edə bilməyə huşunu itirərlər və pul xərcləməkdən də çəkinməzlər.

XƏBƏRDARLIQ

Əsla birlikdə alverə çıxmaması lazım olan bürclər Şir və Tərəzilər!



İflas bayrağını çəkmək istəmirsinizsə, özünüzə başqa bir alver yoldaşı tapın! Bir-birinizi qaza gətirib, mağazada nə var nə yox almaqda tayınız yox! İkiniz də altda qalmağı sevmədiyiniz üçün, əliniz davamlı bahalı olana gedəcək. Kredit kartı hesabları gəlincə görərəm mən sizi!

Əsla birlikdə alverə çıxmaması lazım olan bürclər Qız və Oğlaqlar!



Saatlarla gəzib də evə əli boş dönən bir cüt görsəniz bilin ki, Qlz və Oğlaq bürcləridir! Qız davamlı fikir dəyişdirər, Oğlaq isə asan - asan bəyənməz və "onsuz da çox da ehtiyacım yox" - deyərək əlinə aldığı məhsulu geri buraxar. Qız deyinər, tənqid edər, alverdən sıxılar, Oğlaq isə səbirlə gəzər...

Zamanınız yox və sürətlicə alverinizi etməyin məcburiyyətindəsinizsə, yanına almanıq lazım olan bürclər Qoç, Buğa və Oxatan!



Xüsusilə Qoç və Oxatanla alverə çıxmaq olduqca əyləncəlidir. Onların enerjisi nədənsə heç bitməz. Həm zarafatlarıyla havanızı dəyişdirərlər, həm də marağınızı fərqli yerlərə çəkərək alverə çıxdığınızı sizə unutdurarlar. Qərarsız qaldığınızda köməyinizə qaçacaq, "al bunu getsin, daha kinoya da gedəcəyik!" deyərək əslində bir cür sizə amirlik edərlər. Buğa bürcləri isə zövqlüdür, sizə fikir verəcək və məntiqli bir alver etmənizi təmin edəcəklər. Prioritetlərinizin və bu an ehtiyacınız olanın nə olduğunu sorğulayıb, yalnız buna istiqamətlənəcək. Onunla alverə çıxarsanız, istədiyinizi alıb geri dönərsiniz. Çox dəqiq!

Alver əsnasında qaçıb getmənizə səbəb olacaq bürclər, Xərçəng və Balıqlar!



Bəzən insanın səbri daşar, sinirdən nə deyəcəyini bilə bilməz ya… Budur, Xərçəng və Balıq bürcüylə alverə çıxarsanız bunu çox dəqiq təcrübə edərsiniz. Mıy mıy mıy hərəkətləri, yavaş olmaları, heç bir şeyi bəyənməmələri, sizə tam olaraq nə axtardıqlarını izah edə bilməmələri, davamlı fikir dəyişdirmələri, alver əsnasında istirahət edərkən davamlı sevgililərindən və dərdlərindən bəhs etmələri… Daha saymamı istərsinizmi? Buraxın onlar birlikdə ilişsinlər məncə… Bir-birlərinin dilindən anlayacaqlarına əminim.


Tarix: 24.11.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Burcler haqqinda çox şey
loading...