Qaçmağa çalışdığın gerçəklər bir gün qarşına çıxacaq.Və o gün qaçmağa yerin olmayacaq.
Mən sənin varlığını sevirəm,yoxluğunu sevirəm.Sənin səsini,gülüşünü,sənin üçün darıxmağı,heç görməsəm belə səninlə olmağı sevirəm.Heç qorxmuram səni sevməkdən.Hər mənə baxışında gözlərində oxuduğum o duyğunu, gözlərindəki gözlərimi sevirəm.Sənin dodaqlarındaki sözlərimi sevirəm,yenə də qorxmuram səni sevməkdən.Mən səndəki o istiliyi, sənə olan uzaqlığı sevirəm.Təkliyimi,ayrılığını sevirəm çünki onların da səbəbi sənsən.Mən ən çox sənin mənə olan sevgini sevirəm.
Dünyaya sığdıra bilmədiyim səni ürəyimə sığdırmaq istəyirəm.İçimdən sənə doğru minlərcə yollar keçir. İçimdən əgər xoşbəxt olacaqsansa ölmək geçir.Yenə də qorxmuram səni sevməkdən.Səni yanlıca sən olduğun üçün sevirəm,mən səni ən çox özüm üçün sevirəm.Gözlərimi hər açdığımda səni düşünməyi sevirəm,hər gecə yatmadan əvvəl səni sevdiyim ağlıma gəlincə,sənsiz oyanmağı belə sevirəm.
Məni isidən günəş səni də isitdiyi üçün sevirəm səni, bu dünyada mənimlə yaşadığın üçün sevirəm səni.Mənimlə eyni torpağa ayaq basdığın üçün,eyni səmaya baxdığın üçün sevirəm səni.Gecələri mənim üzümə vuran ay işığı sənin də gözlərinə vurduğu üçün sevirəm.Hər mənə baxışında səni sevdiyimi xatırlamağı sevirəm.O qədər çox sevirəm ki,səni sevməyi, sən olduğun üçün həyatımda özümü belə sevirəm.Qəlbimi sevirəm səni sevdiyi üçün,gözlərimi sevirəm sənə baxdığı üçünReklam olmaz !!!humu sevirəm sənin ruhuna bu qədər yaxın olduğu üçün.Sənə olan sevgimə oxşayan bütün sevgiləri sevirəm mən, yenə də qorxmuram səni sevməkdən.O qədər çox sevirəm ki səni,səni itirmək qorxusunu belə içində sən olduğun üçün, qorxumun səbəbi olduğun üçün, o qorxumu da sevirəm.Yenə də qormuram səni sevməkdən,çünki səni sevirəm.
Səni sevmək üçün o qədər bəhanəm var ki,sevgilim ilk bəhanəm isə SƏNİ SEVİRƏM...
Sevmək üçün bəs sizin ilk bəhanəniz nədir?
Tarix: 03.12.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Burcler haqqinda çox şey