Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq sessiz,sevgi dilsizdir…

Yoldaşımı 1998-in payızında itirdim. Yeddi illik evliliyimizin iki ilini xərçəng müalicəsi üçün xəstəxanalarda keçirmişdik.

Arvadım hər evlilik ildönümümüzdə ikimizin fotoşəkilini çərçivələyər «Bunlar bizim həyatımızın kölgələri» deyərdi… O öləndə 7 dənə şəkilimiz vardı. 1997-ci ilin bir gecəsində onu aldatdım. Halbuki ona davamlı onu nə qədər çox sevdiyimi və sonsuza qədər sadiq qalacağımı söyləyərdim. Ölmədən iki həftə əvvəl yenə eyni şeyi təkrarladım. Qəribə bir gülümsəməklə baxdı mənə və yalnız «Bilirəm» dedi.
İzmirə qar yağdığı gün yəni bir ay əvvəl evdəydim. Fotoşəkillərimizə baxırdım yenə… Hər çərçivənin altında bir hərf olduğunu ilk dəfə o gün fərq etdim. A. R. X. A. S. I. N. Gerisi üçün illəri çatmamışdı. Amma düşünürəmki, «Arxasına bax» yazmağa filan niyyətlənmişdi.

Dərhal çərçivələrin arxasına baxdım. Heç bir şey yox idi. Sonra hamısını tək-tək sökdüm. İnanan bilirsizmi, hər birinin arxasından bir məktub çıxdı! Keçirdiyimiz hər il üçün sevgi dolu sözlər yazmışdı. 1997-ci ildəki şəklimizin içindən çıxan zərf isə qapqara idi.

Və içindən bu sözlər çıxdı: «14 Mart1997/Gözlerin mənə başqa birinə toxunmuş kimi baxdı ..Söyləməyinə gərək yox bilirəm...»
2002-ci ildəyik. Onu itirəli 4, aldatdığım 5 il olur. İçim sızıldayır… Çünki qadınlar hiss edir..
Sənə boş gözlərlə baxıb səni sevirəm deyənin sevgisindən şübhə et. Çünki;
Eşq sessiz,sevgi dilsizdir…


Tarix: 03.12.2014 / 18:43 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Burcler haqqinda çox şey
loading...