Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigahların uyğunluğu haqqında (III hissə)

Kişi Əkizlər – Qadın Qoç
Bu nigah maraqlı, məcaralarla dolu romanı xatırladır, çünki Əkizlər Qoçun pərəstişkarıdır.

Kişi Əkizlər – Qadın Buğa
Arzu olunmaz nigahdır. Ər və arvad hərə öz aləmində, qarşılıqlı anlaşma olmadan yaşayacaqlar..

Kişi Əkizlər - Qadın Əkizlər
Hər iki tərəf biri- birini yaxşı başa düşür və qiymətləndirir...

Kiş Əkizlər – Qadın Xərçəng
Həm mənəviyyatca, həm də məişətdə ümumi cəhətlərindəki uyğunluq bu nigahı xoşbəxt edir.

Kişi Əkizlər – Qadın Şir
Əgər bu nigah baş tutarsa, Əkizlər itaətkar və məftun ər rolunu oynamalıdır. Belə olsa Şir onu qiymətləndirəcək, möhkəm və qırılmaz tellərlə bağlanan xoşbəxt bir ömür yaşayacaqlar...

Kişi Əkizlər - Qadın Qız
Qarşılıqlı maraq və güzəştlər üzərində qurulan bu nigah uzun ömürlü hesab olunur. Ailəni əsasən qadının dözümü və müdrikliyi saxlayacaq.

Kişi Əkizlər – Qadın Tərəzi
Tərəzi yaxşı ana və əla tərbiyəçidir. Əkizlər, sakitlik və gözəllik hökm sürən bu ailədə özünü çox xoşbəxt hiss edəcəkdir. Ən münasib və əlverişli nigahdır...

Kişi Əkizlər – Qadın Əqrəb
Bu nigah anlaşılmazlıqlarla doludur. Əgər Əqrəb qadın öz iddialarından əl çəksə və kişi Əkizlər onu başa düşməyə çalışsa, uzun ömürlü ola bilər...

Kişi Əkizlər – Qadın Oxatan
Bu nigah müəyyən niyyətlərə əsaslanır. Qadın xüsusiyyətcil, kişi isə hərdəmxəyaldır. Lakin aralarında müəllim-şagird münasibətlərinə bənzər mənəvi yaxınlıq var...

Kişi Əkizlər – Qadın Oğlaq
Oğlaqın gözəlliyi və illərlə dəyişməyən cazibədarlığı kişi üçün bir sirrdir. Hər iki bürcün səciyyəvi xasiyyətləri olmasa, qadın hiss etsə ki, qeyri ciddi, sadəlövh və dayaz ərini islah edə bilər, onda nigah uzun ömürlü olacaq...

Kişi Əkizlər – Qadın Dolça
Bu nigahdakı məhəbbət zamanla dostluğa çevrilir. Ər qadınını sevir və onunla xoşbəxtdir.
Mənəvi cəhətdən bir-birinə uyğundurlar. Amma qadın xəyanətlə rastlaşarsa, kişi bağışlanacağını gözləməməlidir.

Kişi Əkizlər – Qadın Balıqlar
Maraqlı nigahdır. Ağılın hissiyatla mübarizəsidir. Ərin hərdəmxəyallığı zərif və parlaq şəxsiyyət olan qadının ürəyincə olmasa da, hər bir halda qadın əri üçün idealdır. Bu izdivacın da yeganə düşməni xəyanətdir.


Tarix: 24.11.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Burcler haqqinda çox şey
loading...