Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoko Ono

Yoko Ono Lennon, daha çox Yoko Ono(小野 洋子) kimi tanınır; 18 fevral 1933-cü il, Tokio, Yaponiyada anadan olub — Avanqard stildə işləyən rəssam, müğənni, sülh aktivisti və kinoşunas, eyni zamanda Con Lennonun keçmiş həyat yoldaşıdır. Nyu-Yorkda yaşyır, ABŞ vətəndaşıdır.




John Lennon ilə münasibəti

20 mart 1969-cu ildə Yoko və John Lennon evləndi. Yoko və Lennonun necə tanış olmasına dair iki versiya mövcuddur. Birinci versiyaya görə, 9 noyabr 1966-cı ildə Yoko Londonda INDICA Qalereyasında öz konseptual sərgisinə hazırlığı zamanı John Lennon qalereyaya gəlmiş və onlar orada qalereya sahibi John Dunbarın vasitəçiliyi ilə tanış olmuşlar. Belə ki, eksponatların içində Lennon Yokonun "Bir mismar çax" əsərindən təsirlənmişdir. (taxta üzərində yarımçıq çaxılmış mismarlar) Sərgi hələ başlamadığından Lennon da əlinə bir mismar alıb təmiz divara çaxmaq istərkən Yoko onu dayandırıb. Dumbar:"Sən bilmirsən o kimdir? O millionerdir, istəsə buranı ala bilər" deyib. Lakin, Yoko sanki heç The Beatles haqqında eşitməmiş kimi davransa da, Yokonun da əlinə çəkici alıb xəyali mismarı divara çaxması üçün Lennonun ona simvolik beş şillinq ödəməsindən sonra münasibətləri yoluna qoyulur. İkinci Paul McCartneyin danışdığı versiyaya əsasən isə, 1965 ilin axırı Yoko Londonda yazar John Cagein "Notations" kitabı üçün musiqi notları tərtib edərkən McCartney-dən kömək istəmiş lakin o rədd cavabı verərkən bununla əlaqədar John Lennondan kömək istəməsini məsləhət görmüşdür. Belə ki, bu məsləhət boşuna deyilmiş və Yoko Lennona müraciət edən kimi Lennon ona "The Word" mahnısının sözlərini vermişdir.

Bundan sonra Yoko davamlı telefon zəngləri etməyə başlamış və Lennonun yoldaşı məsələyə izahat tələb edəndə isə Lennon yoldaşına Yokonun sadəcə oz avanqard sənəti üçün pul axtardığını demişdir. 1968-ci ilin may ayında Lennonun yoldaşı Cynthia tətil üçün Yunanıstanda ikən Lennon Yokonu evinə çağırıb. Onlar gecəni səsyazma studiyasında keçiriblər hansı ki, sonradan Two Virgins albomunu ərsəyə gətirib. Lennonun yoldaşı evə qayıdanda isə Yokonu öz hamam xalatında mətbəxdə Lennonla çay içərkən görüb. Bundan bir neçə həftə sonra Lennon və Cynthia boşanmış, 1968-ci ildə Yoko uğursuz hamiləlik keçirmiş və 21 noyabrda oğlan uşağını itirmişdir. Lennonla Yoko o uşağı İkinci John Ono Lennon adlandırmışdılar.

Lennonun The Beatlesdakı son iki ili ərzində, o və Yoko Vietnam müharibəsinə qarşı ictimai protestlərə başladılar. Onlar 1969-cu il 20 martda Cəbəllütariq boğazında evlənmiş və öz balaylarını Amsterdamda bir həftə "Sülh üçün yataqda" aksiyası ilə keçirmişlər. Daha sonra onlar bu aksiyanı Montreal şəhərində Queen Elizabeth Hoteldə keçirmiş və orada "Give Peace a Chance" mahnısını yazmışlar. Onlar tez-tez propoqanda ilə incəsənəti birləşdirirdilər, necə ki, ilk dəfə Vianadakı press konferensiyada təqdim etdikləri "Bagism" kimi. Lennon həyatının bu dövrü haqqında The Beatlesın "The Ballad of John and Yoko" mahnısında bəhs edir. 1969-cu il 22 apreldən Lenon adını dəyişmiş və tam adının ortasına Ono əlavə etmişdir. Lakin baxmayaraq ki, o John Ono Lennon adından xeyli istifadə edib, rəsmi bütün sənədlərində ona qoyulmuş adın silinməsinə izn verilmədiyindən, onun tam adı John Winston Ono Lennon olmuşdur. Daha sonra Yokonun avtomobil qəzası keçirməsinə görə Lennon The Beatlesın səsyazma studyasına böyük bir yataq gətirdərək, axrıncı albom olan "Abbey Road" üzərində işləməyə başlamışdır.

Lennon və Yoko birlikdə çox albom ərsəyə gətiriblər. Yoko mahnılarda həm arxa plan vokallıq həm də ön plan vokallıq edirdi. Cütlüyün sonrakı albomlarının əksəriyyəti Plastic Ono Band adı altında çıxmağa başladı. Onlar birlikdə konsertlərə çıxır, birlikdə oxuyurdular. 1969-cu ildə Plastic Ono Band-in ilk albomu "Live Peace in Toronto 1969" işıq üzü gördü. Bu qrub Lennon və Yokodan başqa, gitarist Eric Clapton, bass Klaus Voorman və ritm Alan White-dan ibarət idi.

1970-ci ildə Yoko və Lennon eyni anda iki solo albom hazırladılar: Yoko Ono/Plastic Ono Band və John Lennon/Plastic Ono Band. İki albomun da bənzər üz qabıqları var idi: birində Yoko Lennona söykənmiş, digərində isə Lennon Yokoya söykənmiş vəziyyətdə. Albomda Yoko Yapon operasından təsirlənərək xam və sərt vokallardan istifadə etmiş, lakin eyni zamanda da təbiət səslərindən və jazz elementlərində istifadə edərək albomu zənginləşdirmişdir. Albom ABŞ chartlarında 183-cü yerə yüksəlmişdir.

1971-ci ildə Yoko, Fly albomunu tamamladı. Onun bu albomunda "Midsummer in New York", "Mind Train"lə yanaşı sözsüz ki, ən məşhuru Yokonun qaçırılmış qızına həsr etdiyi "Don't worry, Kyoko(Mommy's Only Looking for her Hand in The Snow) mahnısı oldu.

1971-ci ildə, Yokonun ikinci həyat yoldaşı Anthony Cox, Yokonu onların qızları Kyokonu qaçırmaqda ittiham etməyə başladı. O ərəfədə hər iki valideyn bir-birinə qarşı çoxlu sayda ittihamlar irəli sürdülər. Cox sonradan Texas ştatının Houston şəhərinə köçdü xristianlığı qəbul etdi və yeni həyat yoldaşı ilə yaşamağa başladı. Daha sonra o Kyokonu da götürüb qayıblara qarışdı. Yoko qaçırılmış qızını tapmaq üçün polis və şəxsi detektivlərin köməyindən istifadə etdi. Yokonun qızı Kyokoya sevgisi həm də onunla Lennonun "Happy Christmas (War is Over) mahnısında da hiss olunur. Mahnının əvvəlində hər iki valideyn (Yoko və Lennon) özlərindən uzağda olan övladlarının(Yoko-Kyoko, Lennon-Julian) bayramını təbrik edirlər. Yoko "Happy Christmas Kyoko", ardınca da Lennon "Happy Christmas Julian" deyə pıçıldayır.

Həm cəmiyyət həm də KİV ona qarşı çox tənqidi yanaşırdılar. Yoko The Beatlesın parçalanmasında günahlandırılır, onun Lennon və Lennonun mahnıları üzərindən ətrafa təsir edə bilməsi hamını qıcıqlandırırdı. Onun eksperimental sənəti ətrafdakılar tərəfindən anlaşılmırdır.

Lennon and Yoko recording "Give Peace a Chance".

The Beatles dağıldıqdan sonra Yoko və Lennon əvvəlcə Londonda daha sonra isə New York-da yaşamağa başladılar. Artıq onların münasibətlərində həm Lennonun deportasiya təhlükəsi(Britaniyada ikən narkotik istifadəsində ittihamlarına görə), həm də Yoko-nun qızından ayrı qalmasına görə gərginliklər yaranmağa başlamışdı. 1973-cü ildə cütlük ayrıldı. Yoko New Yorkda kariyerası ilə məşğul olmağa, Lennon isə Los Angeles-də yaşamağa başladı.

1975-ci ildə onlar yenidən birləşdilər. 1975-ci il 9 oktyabr John Lennonun 35-ci ad günündə onların oğlu Sean anadan oldu. Sean-un dünyaya gəlməsində sonra onlar New Yorkda Dakotada yaşamağa başladılar. Sonradan Sean da valideynlərinin addımlarını izləməyə başladı. Belə ki, o da musiqi kariyerası qurdu və "The Ghost of A Sober Tooth Tiger" qrupunu qurdu.

Sean doğulduqdan sonra John tam bir ailə atasına çevrildi. O bütün gününü oğlu ilə keçirirdi, o zamana qədər ki, dekabr 1980-ci ildə axşam evinə qayıdarkən Ono-nun yanında qətlə yetirildi. Ono-nun dediyinə görə onlar bir neçə saatlıq səsyazma studyasında məşqdən sonra çıxıb yeməyə gedəcəkdilər, lakin John yatmazdan öncə Sean-u görmək istədiyinə görə planlarını dəyişib evə gəlib daha sonra yeməyə getməyə qərar verdilər. Lennonun qətlindən sonra Yoko uzun müddət özünə qapıldı və özünü təcrid etdi.


Tarix: 29.01.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 714 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...