Əliyev Fərid Fərhad oğlu (d.29 mart, 1975) - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Şövkət Məmmədova adına Opera studiyasının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi.
Həyatı
Fərid Əliyev 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olmuşdur.
Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir.
1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir.
İşlədiyi müddət ərzində "Vesyolaya vdova", "Maritsa", "Tsıqan premyer", "Silva", "Neistovıy Qasqonets", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yadda qalan obrazlar yaratmışdır.
Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Həmzə bəyin partiyalarını ifa edir.
F.Əliyev Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera studiyasının solistidir. Orada "Boqema" operasında Rudolf, "Traviata" operasında Alferd, "Kənd namusu" operasında Turiddu, "Faust" operasında Faust, "Yevgeni Onegin" operasında Lenski rpartiyalarını ifa etmişdir.
2004-cü ildə Bakı Musiqi Akademiyasının magistr dərəcəsini almışdır. 2008-ci ildən Xəzər Universiteti Musiqi və İncəsənət departamentində vokal müəllimi vəzifəsində çalışır.
Bir neçə dövlət tədbir və konsertlərinin iştirakçısıdır.
Evlidir, iki övladı var.
Tarix: 25.01.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Bəstəkarlar Və Müğənnilər