1996-cı ildə qurulan Uaralın qrup üzvləri qohum (əmioğlu) və dost olan Aciago və Caudaldır. Ağlayan vokalda Caudal, ağladan alətlərdə isə Aciago var. Fərqli həyatlara sahib olmalarına baxmayaraq təzyiq altında olduqları ailə həyatları, yaşadıqları cəmiyyətin təzyiqi və çətinliyini birgə musiqilərinə əks etdirdilər.
1997-ci ildə hazırladıqları bir musiqi nümayişi ilə ilk işlərinə başlayan qrup, Bruma ön sözü adı altında yazılan əsərlərinə Surrended To The Decadence adı verildi. Bu dövrdə qrupun yaşadığı müxtəlif itkilərə baxmayaraq, yorulmadan yeni simfoniyalar yaratmağa davam etdilər. Düşüncələrini şeir, akkord və alətlərinin melanxoliyası izlədi.
Musiqi cəhətdən inkişaflar göstərən qrup ikinci qeydlərini etmə mərhələsinə çatdı. Özləriylə eyni ideologiyaları və hissləri paylaşan bir qrup ilə 2003-cü ildə From The Agony To The Hopelessness adlı bir qeyd edildi. Təsadüfən OMG musiqi şirkətinin bu qeydi dinləməsi və bəyənib qrupla əlaqəyə keçməsi ilə Uaral qrupuna əsəri qeyd etmək üçün təklif etdi. Qrup musiqidə məqsədlərinin ifadələrinin və ideologiyalarının nümayiş edilməməsi şərti ilə bu müqaviləni qəbul etdi. OMG hər şeyin əvvəlcə Uaral'ın mənfəətləri üçün olması lazım olduğuna qərar verdi və nəhayət studiyaya girdilər. Bu qeydlə birlikdə artıq qrup bütövlükdə başa düşülürdü və albomlarında nənələrinin onlara uşaqkən oxuduğu La Vaga Esperenza Del mahnısını giriş hissəsi kimi istifadə etdilər. Uşaqlığın şəfqətindən ilhamlanmış təqdirə dəyər gözəllikdə olan bu mahnı çox sevildi.
Qrupa görə Sounds Of Pain albumunun hekayəsi çətin dövrlərində yaşadıqları ağrının xaricə vurumudur. Hər ölkənin səhnəsində hakim olan bir tərz vardır, Çilidən çıxan qrupun Çiliyə hakim olan qaranlıq musiqi doom'dan təsirlənməməsi qeyri-mümkün idi və bunu musiqilərinə daşıdılar. Melanxolik bir ruh və görkəmli əl dəyməmiş bir ilhama sahib olan qrup doom / folk edərək istifadə etdikləri müvəffəqiyyətli brutal vokal, fleyton və klassik gitara kombinasiyaları ilə önə çıxmağı bacardı. Qrupda Empyrium izlərinə də rast gəlinməkdədir. Hazırda fəaliyyət göstərib-göstərməməsi barədə heç bir məlumat yoxdu.
DiskoqrafiyaAdıTarixi
Uaral1997
From the Agony to the Hopelessness1998
Laments1998
Acidal2004
Sounds of Pain...2005
Lamentos a Poema Muerto2007
Tarix: 28.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Bəstəkarlar Və Müğənnilər