Həyatı
Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhrində anadan olmuşdur. Uşaq yaşlarımdan ailsində olan şənliklərdə anasının mahnı söyləməsi onda musiqiyə qarşı böyük maraq oyatmışdır.Həmçinin anasının yaxşı qaval çalması onda bu alətə qarşı çox böyük həvəs oyatmişdir.
Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlayır.Təbrizin bir neçə festivallarında iştirak edərək,laureat olur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında bir yeniyetmə kimi çıxışlar edir.
1992 -ci ildə Təbrizdə keçirilən tələbələr arası müsabiqənin qalibi olur. 1993- cü ildə İranın Kirmanşah şəhrində keçirilən musiqi festivalında birinci yerə layiq görülür. 1991- ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlayır. Daha sonra mərhum böyük sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhrlərində konsert proqramları ilə çıxışlar edir.Daha sonra Təbrizin qocaman xanəndəsi ustad Nemət Cavanşir və muğamların dərin bilicisi mərhum Əli Cavadpurdan Azərbaycan muğamları ilə tanış olur. 1997-ci ildən, 1998- ci ilə dək Təbriz Radio və Televiziyasının nəzdində yaranmiş gənclər xalq çalqı alətləri ansamblında solist olub və sonra bir il həmin idarənin böyüklər ansamblında solist olaraq iranın bir çox şəhər və əyalətlərində cıxışlar edib .
2005- ci ildən etibarən Azərbaycan Respublikasına gedərək Azərbaycan Milli Konservatoriyasında Azərbaycanın dahi muğam ustadı xalq artisti professor Arif Babayevdən muğamların sirlərini öyrənməyə başlayır. Bununla yanaşı başqa bir çox ustad xanəndələr, o cümlədən: Qəzənfər Abbasov , Canəli Əkbərov , Əlibaba Məmmədov , Ağaxan Abdullayev və digər ustadlardan muğamların sirlərini öyrənir.
2007-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında keçirilən televiziya muğam musabiqəsinin 3-cü yerinə çıxaraq , laureat adına layiq görülür . Hal hazırda Azərbaycan Milli Konservatoriyasının Magistratura pilləsındə təsilimi davam etdirərək ustad xanəndə və muğamların dərin bilicisi Qəzənfər Abbasovdan xanəndəlik sənətinin daha mükəmməl və daha dərin qatlarını öyrənir.
Tarix: 27.01.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Bəstəkarlar Və Müğənnilər