Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məryəm Şabanova

Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı.

Karyerası

Məryəm 1985-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.

2006-cı ildə Məryəm ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu - David dünyaya gəlib[1].

2009-cu ildə Məryəm Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur. [2] 2 fevralda keçirilən yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edir və Azad Şabanovu, Elli Miçiyevanı və Ülviyyə Rəhimovanı geridə qoyaraq Safura Əlizadə və Milk & Kisses qrupu ilə birlikdə finala keçir. [3][4] Lakin final mərhələsində Məryəm qələbə qazana bilmir və həmin il Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. Daha sonradan 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqoriy Leps üçün mahnı bəstələyir. Hal-hazırda Məryəm musiqi karyerasına davam edir.

İstinadlar
↑ Məryəmin ikinci övladı oldu
↑ "Eurovision 2010"-a namizədlərimiz
↑ "Eurovision-2010"_musabiqesindeki_temsilchisi__173684.html Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi altı nəfərin arasından seçiləcək
↑ Vüqarlı, Vüqar (2009-07-08). Around 20 artists have expressed their desire to represent Azerbaijan in Eurovision-2010 (Rusca). Day.az. Yoxlanılıb 6 Yanvar 2010.


Tarix: 27.01.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...