Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İv Montan

İv Montan (fr. Yves Montand fransızca tələffüzü: [[Beynəlxalq fonetika əlifbası|[iv mɔ̃ˈtɑ̃]]], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921, Monsummano-Terme, İtaliya — 9 noyabr 1991, Sanlis, Uaza, Fransa) — fransız şanson müğənnisi və aktyoru.Mündəricat
1 Həyat və yaradıcılığı
2 Siyasi baxışları
3 Filmoqrafiyası
4 Diskoqrafiyası
5 İstinadlar
6 Xarici keçidlər


Həyat və yaradıcılığı

İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur.

1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır. Təxəllüs kimi o, "İv Montan" adını götürür (İv — İvo adının fransız variantıdır). Özünün verdiyi izaha görə bu təxəllüsün seçilməsi onunla əlaqədardır ki, o uşaq olanda anası onu evə çağırarkən italyan və fransız sözlərini qarışdıraraq "İvo, monta!", yəni "İv, yuxarı qalx!" deyərmiş.[1]

O, bu təxəllüs altında səhnəyə ilk dəfə 17 yaşında çıxmışdır. 1944-cü ildə Montanın Parisdəki çıxışı zamanı Edit Piaf onu görür. Bu tanışlıqdan sonra 1946-cı ilədək onlar birlikdə səhnəyə çıxırlar. Piaf onun repertuarı ilə şəxsən məşğul olur və öz mahnılarının müəlliflərindən Montan üçün bir neçə mahnı yazmalarını xahiş edir. 1946-cı ildə onlar ayrılırlar.

1949-cu ilin avqustunda Montan Sen-Pol-de-Vansda Simona Sinyore ilə tanış olur. Tezliklə Simona birinci əri İva Alleqredən ayrılır və 1951-ci ilin dekabrında Montanla ailə həyatı qurur. Bu cütlük çox populyar idi və şəkilləri jurnalların üz qabığından düşmürdü. Onlar dəfələrlə filmlərdə tərəf müqabili olmuşdular.

1985-ci ildə Simona Sinyore vəfat etdi. 1986-cı ildə "Jan de Floret" filminin çəkilişlərində Montan bir neçə il əvvəl işə qəbul etdiyi katibəsi Karol Amyellə sevgi macərası yaşayır. Amyel İv Montanın yeganə övladının, 1988-ci ilin dekabrında dünyaya gələn Valentinin anasıdır.

İv Montan 1991-ci il noyabrın 9-da "İP-5: Dərisi qalınlar adası" filminin çəkilişləri zamanı soyuqlayaraq, çəkiliş meydançasında vəfat etmişdir.

Siyasi baxışları

Solçu fikirləri ilə məşhur olan İv Montan, bu səbəbdən SSRİ-də çox populyar idi. Kommunizm ideyalarını dəstəkləyən Montan, hətta 1956-cı il Macarıstan hadisələrindən sonra SSRİ-yə qastrol səfərlərini ləğv etmədi. Buna görə fransız mətbuatı onu ciddi tənqid etsə də, SSRİ-də onu sevinclə qarşılamışdılar.

Filmoqrafiyası
1946 — İşıqsız ulduz / Étoile sans lumière
1946 — Gecənin qapıları / Les Portes de la nuit
1947 — Büt / L'Idole
1950 — İtirilmiş suvenirlər / Souvenirs perdus
1951 — Qırmızı taverna / L’Auberge rouge
1952 — Paris həmişə mahnı oxuyur! / Paris chante toujours !
1953 — Qorxunun mükafatı / Le Salaire de la peur
1954 — Bizim dövr / Tempi nostri
1955 — Qəhrəmanlar yorulublar / Les héros sont fatigués
1955 — Napoleon / Napoléon
1955 — Gecə Marqaritası / Marguerite de la nuit
1956 — İnsanlar və canavarlar / Uomini e lupi
1956 — Digər günlər kimi adi gün / Un matin comme les autres
1957 — Külək qızılgülü / Die Windrose
1957 — Salem cadugərləri / Les Sorcières de Salem
1957 — Geniş mavi yol / La grande strada azzurra
1958 — 1 May / Premier mai
1959 — Qanun / La Legge
1959 — Canqo Reynhart / Django Reinhardt
1960 — Eşqə qapılaq / Le Milliardaire (Let’s Make Love)
1961 — Sığınacaq / Sanctuaire
1961 — Siz Bramsı sevirsinizmi? / Aimez-vous Brahms ? (Goodbye Again)
1962 — Mənim geyşam / Ma Geisha
1965 — Yataqlı vaqonlarda qətl / Compartiment tueurs
1966 — Müharibə qurtarıb / La guerre est finie
1966 — Bəs Paris yanmadı? / Paris brûle-t-il ?
1966 — Böyük mükafat
1967 — Yaşamaq üçün yaşamaq / Vivre pour vivre
1968 — Bir dəfə gecə, qatarda / Un soir, un train
1969 — Cənab Azadlıq / M. Liberté
1969 — Zeta / Z
1969 — Şeytanın quyruğundan / Le Diable par la queue
1970 — Etiraf / L’Aveu
1970 — Melinda / Melinda
1970 — Qırmızı dairə / Le Cercle rouge
1971 — Böyüklük iddiası / La Folie des grandeurs
1972 — Hər şey yaxşıdır / Tout va bien
1972 — Sezar və Rozali / César et Rosalie
1973 — Oğul / Le Fils
1973 — Mühasirə vəziyyəti / État de siège
1974 — Müğənninin tənhalığı / La Solitude du chanteur de fond
1974 — Təsadüf və zorakılıq / Le Hasard et la violence
1974 — Vensan, Fransua, Pol və digərləri / Vincent, François, Paul… et les autres
1975 — Xüsusi bölmə / Section spéciale
1975 — Vəhşi / Le Sauvage
1976 — Pistolet "Piton 357" / Police Python 357
1977 — Super kələkbaz / Le Grand escogriffe
1977 — Təhlükə / La Menace
1978 — Cənuba gedən yol / Les Routes du sud
1979 — Qadının işığı / Clair de femme
1979 — Və... İkar kimi / I… comme Icare
1981 — Silah seçimi / Le Choix des armes
1982 — Tam od, tam alov / Tout feu, tout flamme
1983 — Ofisiant / Garçon !
1986 — Jan de Floret / Jean de Florette
1986 — Mənbədən Manon / Manon des sources ("Jan de Floret"in davamı)
1988 — 26 nəfərə 3 bilet / Trois places pour le 26
1991 — Neçayevin qayıdışı / Netchaïev est de retour
1992 — İP-5: Dərisi qalınlar adası / IP5 : L'île aux pachydermes

Diskoqrafiyası
1960 — Let's Make Love [Bonus Tracks] (Sony Music Distribution)
1962 — Montand Chante Prévert (Versailles Records)
1964 — En Balade (Columbia)
1964 — Le Paris de Montand (Sony Music Distribution)
1968 — La Bicyclette (Polygram)
1968 — Je Sais Que Vous Etes (PolyGram)
1974 — Montand de Mons Temps (TriStar Music)
1981 — Olympia '81 (PolyGram)
1988 — D'Hier Et D'Aujord'Hui (Polygram)
1992 — Recital Au Theatre de L'Etoile (Sony Music Distribution)
1994 — One Man Show (Sony Music Distribution)
2008 — Best of Yves Montand [Klub] (Klub Publishing)
2008 — Les Débuts de Yves Montand, Vol. 1 (1945-1948) (Forlane)
2010 — 10 Chansons Pour l'Été (Tsk)
2010 — Je Soussigné (Tsk)
2010 — A Paris (Original Sound) (Tsk)
2010 — 18 Titres Eternels
2011 — Le Music-hall à La Français


Tarix: 23.01.2013 / 21:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 694 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...