Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məcid Behbudov

Behbudov Məcid Behbudalı oğlu (18.4.1873, Şuşa—6.9.1945,Qazax)-Görkəmli Azərbaycan xanəndəsi.



Həyatı

O, 1873–cü ildə Şuşada doğulmuşdur.Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu. Müğənni olmağı arzu edən M. Behbudov gənc yaşlarından xanəndəliyə başlamışdır. Ailəsi ilə Tiflisə köşdükdən sonra, o, burada uzun müddət yaşadı. Azərbaycan milli vokal məktəbinin körkəmli nümayəndələrindən olan M. Behbudov xalq musiqisinin populyarlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. 1914 ildə M. Behbudovun səsi Riqadakı "Qrammofon" şirkətində vala yazılmışdır. Mirzə Hüseyn segahı, Şüştər və Cahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M. Behbudov, həmçinin, musiqili tamaşalarda da çıxış etmişdir. Təbriz, İstambul, Sofiya şəhərlərində konsertlər vermişdir.Məcid Behbudov həm də opera səhnəsində çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının yazdıqları, demək olar ki, bütün opera və operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.

Məcid Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini davam etdirmişlər. Müğənninin oğlu, SSRİ xalq artisti Rəşid Behbudov da öz bənzərsiz səsi ilə dünyanı heyran qoymuşdur. İkinci oğlu – Ənvər Behbudov Rusiyanın xalq artisti, qızı Nəcibə Behbudova isə Azərbaycanın əməkdar artistidir. Onlar milli mədəniyyətin inkişafında mühüm rol oynamışlar.

Ailəsi
Firuzə Vəkilova, həyat yoldaşı
Rəşid Behbudov, oğlu
Ənvər Behbudov, oğlu
Nəcibə Behbudova, qızı


Tarix: 26.01.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...