Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahlar Quliyev

Müğənni. Aktyor

Həyatı

Ş.Quliyev Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi bitirmişdir). 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun" Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"da Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən hər zaman yüksək professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır. Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir.

2005-ci ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Filmoqrafiya
Qız qalası (film, 2000)
Bəylik dərsi (film, 2007)


Tarix: 22.01.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...