Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aynur İsgəndərli

Aynur Akif qızı İsgəndərli — Azərbaycan müğənnisi.Mündəricat
1 Həyatı
2 Musiqi karyerası
3 Musiqi təhsili
4 Şəcərəsi
5 Xarici keçidlər


Həyatı

Aynur İsgəndərli 20 avqust 1987-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində dünyaya göz açmışdır.

Musiqi karyerası

Aynur 2005-ci ildə 5 saylı ümumtəhsil məktəbini bitirmişdir. Təhsil illərində məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, fəxri diplomlarla təltif olunmuşdur. Eyni zamanda 16 saylı yeddi illik musiqi məktəbində musiqi təhsili almiş, fortepiano sinfini bitirmişdir. 5 yaşında "Hər birimiz bir çiçək" (Ələkbər əmi) televiziya verilişinin solisti olmuşdur. Hələ məktəb yaşlarında ikən Vaqif Gərayzadənin "Şərq ulduzları" uşaq vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir.

2004-cü ildə "Azəri star" telelayihəsində ugurla iştirak edərək 3-cü yeri tutmuşdur. "Musiqili Qədəmər" adlı albomu telelahiyədən sonra işıq üzü görmüşdür. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, solo-oxu fakültəsində Vaqif Gərayzadənin sinfində təhsil almiş və jaz musiqisinin sirlərinə yiyələnmişdir. Həmcinin Mugam ustadi Qəzənfər Abbasovdan mugam dərsləri almişdır.

Həmin il Şanxayda kecirilən 8-ci Beynəlxalq Asiya Festevalına dəvət almış və "Gələcəyin ən perspektivli müğənnisi" nominasiyasını qazanmışdır. 2008-ci ildə Bakida kecirilən Eurovision secim turlarina qatilaraq ilk 3 namizəddən biri olmuşdur. 2010 -cu ildə Latviyanin paytaxti Riqada kecirilən "Atlantic breeze" yarışmasında iştirak etmiş "Best Vocal" və "Asiyanin səsi" nominasiyalarını qazanmış ve laureat olmuşdur.

Musiqi təhsili

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Aypara" ansamblının solistidir. Hal hazırda Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında, vokal şöbəsində ikinci ali təhsilini davam etdirir. Geniş diapazona malik olan,gənc müğənninin səs tembri koloratur sopranodur.

Şəcərəsi

İlk müəllimləri valideynləri olmuşlar. Atası və anası ali təhsilli musiqiçilərdir. Atası - Akif İsgəndərli Azərbaycanın tanınmış piano ifaçılarındandır. Hal-hazırda Əhməd Bakıxanov adına xalq calğı alətləri ansamblının üzvüdür. Anası - İradə İsgəndərli vokal və piano üzrə ali savadlı musiqiçidir. Ana babası - Mirzəağa Məmmədov Azərbaycanın tanınmiş klarnet və saksafon ifaçısi olubdur. Ata babası - Kamal İsgəndərov 40 il Azərbaycan Opera və Balet teatrında rejissor işləmişdir. Atasının babası - Azərbaycanın əməkdar artisti Qulam İsgəndərov Opera və Balet Teatrının məşhur solistlərindən olmuşdur. Ulu babası - Kazım İsgəndərov xanəndə olmuşdur. Hacı Zeynalabdin Tağıyev adına teatrda 1902-ci ildə Bakıda keçirilən 2-ci şərq konsertində Cabbar Qaryağdıoğlu, Mirseyid Mirbabayevlə yanaşı Aynurun ulu babası xanəndə Məşədi Kazım İsgəndərov da iştirak etmişdir.


Tarix: 21.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...