Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anatollu Qəniyev

Anatollu Qəniyev — Azərbaycan muğənnisi. 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Mənbə


Həyatı

Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur.

Yaradıcılığı

Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış etmişdir (1959).

Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.[1]

Filmoqrafiya
Möcüzələr adası (film, 1963)
Yenilməz batalyon (film, 1965)
Ulduzlar sönmür (film, 1971)
Azərbaycan elləri (film, 1976)


Tarix: 21.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...