Məni Gözəl Xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın və mən bitdim...Məni gözəl xatırla!
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, əl oldun aldırmadım....Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş "Salamlar" buraxdım hər küncə
"Vidalar" buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda......
Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Azeri Letifeler
loading...