Günlərin birində Molla yük gəmiləri təmir olunan yerə gedir.
						Günlərin birində Molla yük gəmiləri təmir olunan yerə gedir. Fəhlələrdən
 birinə yan alıb soruşur ki:
 – Siz bu odu yandırıb gəmiyə nə edirsiniz ki, gəmi belə yeyin gedir?
 Fəhlə deyir:
 – Altında çör-çöp yandırıb sumala sürtürük, ona görə gedir.
 Molla evə gəlib eşşəyin ayaqlarını bağlayır, altına bir az çör-çöp
 yıgıb od vurur. Yazıq eşşək odun gücündən ipi qırıb götürülür. Molla
 daldan baxıb deyir.
 – Ay gözünə dönüm! Sumalasız, neftsiz gör nə gedir...
Tarix: 02.06.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Azeri Letifeler
loading...