Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
						Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
 – Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
 Molla and-aman eləyir ki:
 – Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
 uşaq yükləyib aparıb dəyirmana.
 Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
 – Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
 yalan deyirsən?
 Molla hirslənib deyir:
 – Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
 eşşəyə inanırsan.
Tarix: 02.06.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Azeri Letifeler
loading...