Bayramqabağı Molla
Bayramqabağı Molla bazardan bir dolu heybə şey-mey alıb evə
gətirir. Özü minir eşşəyə, heybəni də salır öz çiyninə. Görənlər soruşurlar:
– Molla, bu nə deməkdir?.. Heybəni niyə eşşəyin üstünə salmayıb
özünə əziyyət verirsən?
Molla deyir:
– Yaxşı, sizin fikriniz nədi? Deyirsiniz eşşək həm məni aparsın,
həm də bu ağırlıqda heybəni?.. Bu heç insafdandı?.. Elə eləyirəm ki,
ağırlıüın hamısı eşşəyə düşməsin.
Tarix: 02.06.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Azeri Letifeler
loading...