Mollanın bir bəd eşşəyi var imiş. Gah qapırmış, gah təpikləyirmiş...
Axır ki, molla eşşəyin əlindən lap cana gəlibmiş. Axırda bir gün
tutub gətirir bazara. Müştərilər eşşəyin başına yıgışıb soruşurlar:
– Molla, eşşək neçə yaşındadı?
Molla deyir:
– Balam, bu eşşək, bu da siz... Baxın, görün neçə yaşındadı də...
Daha məndən niyə soruşursunuz?
Kim eşşəyə yaxın gedirsə, bir təpik yeyir. Agzını açıb dişlərinə
baxmaq istəyəni qapır. Bir sözlə, bir adam eşşəyə yaxın düşə bilmir.
Axırda biri deyir:
– Ay Molla, bu nə bəd eşşəkdi... Bunu alan olmaz. Bu heç yanına
adam qoymur ki...
Molla bir ah çəkib deyir:
– Siz elə bilirsiniz ki, mən onu satmaq üçün gətirmişəm bura...
Yox, gətirmişəm görəsiniz ki, mən bunun əlindən nə çəkirəm.
Tarix: 02.06.2013 / 17:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Azeri Letifeler