Molla yaman ac olduğundan
Molla yaman ac olduğundan bir qonaqlıqda ikiəlli-ikiəlli, tez-tez
yeyir. Süfrədə əyləşənlərdən biri Molladan soruşur:
– Molla, nə olub belə? Dalınca atlı qovalamır ki?.. İkiəlli niyə
yeyirsən?
Molla əlini xörəkdən çəkməyib yeyə-yeyə deyir:
– Nə eləyim? Üç əlim yoxdu ki... İkicə əlim var, ikisi ilə də
yeyirəm də...
Tarix: 01.06.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Azeri Letifeler
loading...