Molla eşidir ki,
Molla eşidir ki, qonşuda toydu, özü də yaxşı plov var. Çox fikirləşəndən
sonra gedib bir zərf alır, içinə bir vərəq ağ kağız qoyub, ağzını
bağlayır, birbaş özünü verir toy olan evə. İçəri girib soruşur:
– Ev sahibi hanı? Ona məktub gətirmişəm.
Ev sahibi də qonaqlar olan otaqda imiş. Bu vasitə ilə Molla girir
otağa, zərfi birtəhər ev sahibinin ovcuna basıb, tez çökür süfrənin
başına, başlayır yeməyə. Ev sahibi baxır ki, zərfin üstündə məktubun
kimə çatmalı olduğu yazılmayıb.
Soruşur:
– Molla, bu nədi? Zərfin üstündə heç bir şey yazılmayıb ki... Molla
ağzındakı tikəni birtəhər udub deyir:
– Bağışla, vallah, çox tələsik olduğu üçün heç içi də yazılmayıb.
Tarix: 01.06.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Azeri Letifeler
loading...