Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etnik mənşəyi

Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Əksər iranşünaslar qeyd edirlər ki, mannalar hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Mannaların türkdilli olması fikri ilk dəfə akademik Y. B. Yusifov tərəfindən irəli sürülmüş[10] və sonra prof. Q. Qeybullayev tərəfindən[11] əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də manq etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır.

Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində "manqi" adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur[12]. Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar[13].

Bu etnonim qədim türk-monqollarda "manqut" (manq etnonimindən və türkcə cəm bildirən –ut şəkilçisindən) etnonimində qalmışdır. Cənubi-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adı manqut idi. Hazırda noqaylarda, qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxol), manq sözündən (türk dillərindəki "q" səsinin monqol dillərində "x" səsi kimi tələffüzü səciyyəvidir) və – ol, -ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adı), manq sözündən və – as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y. Q. Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdur; mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı ; mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adı; (man, qədim forması manq sözündən və – si,-şi şəkilçisindən,; manqi, Altay dil ailəsinə mənsub tunqus – mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı Гумилев Л. Н. Древние тюрки. М., 1967 , səh 34; monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı; manqol, başqırdlarda türk tayfalarından birinin adı ; munqal və menqu, Tuvada türk tayfalarının adları; munqet, xakaslarda bir tayfanın adı. Qeyd edilməlidir ki, Altay dil ailəsinə mənsub dildə danışan tunqus – mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu, Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur.

Manq sözünün mənası məlum olmasa da onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edən) sözü ilə bağlılığı ehtimal edilir. Çingizin nəslindən Menku xanın (1251-1259) əsl adı Manqudur. Babək üsyanı yatırıldıqdan sonra ərəb xəlifəsi tərəfindən Azərbaycana göndərilmiş, Afşinin dayısı oğlu, əslən türk sərkərdə Manquçur (türkcə çur, monqolca sur, yəni qüvvətli, qüdrətli, vüqarlı, əzəmətli deməkdir;) adı da bu sözlə bağlıdır.

X əsrdə Şəkinin hakimi Məhacir (I), XII əsrdə Şirvanşah Mənuçöhr şəxs adları da çox güman bu sözdəndir. Manna (asurca) və Mana (urartuca) etnoniminin sonunu təşkil edən "a" səsinin mənşəyini müəyyənləşdirmək çətindir. Manqa forması Manq etnoniminin şumercə tələffüz forması olması və "a" səsi şumer dilində münasibət bildirən "a" – şəkilçisi olması güman edilir.


Tarix: 15.01.2015 / 19:30 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...