Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli bəy Zülqədər

Həyatı
Əli bəy 1515-ci ildən 1522-ci ilədək Zülqədəroğulları bəyliyinin hökmdarı olmuşdu. 1515-ci ildə Maraş və çevrəsi osmanlılar tərəfindən fəth edildi. Ancaq Zülqədəroğulları bəyliyinə həmən son verilmedi. Yavuz Sultan Selim, Zülqədərli torpaqlarının idarəsini Şahsuvaroğlu Əli bəyə verdi. Əli bəyin Zülqədərli hökmdarı, yoxsa Osmanlı dövlətinin bir valisi olduğu açıqca bəlli deyildi. Şahsuvaroğlu Əli bəy Maraş və Əlbistan civarından əsgər toplayaraq, Yavuzun məmlüklərin üstünə etdiyi səfərlərdə iştirak etdi. 1516-cı ildə Nizip civarında Mercidabık savaşında osmanlı ordusu məmlük ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məmlük sultanı Kansu Gavri məğlubiyyətin üzüntüsündən öldü. Onun yerinə Tumanbay məmlük sultanı oldu. Əli bəy bu savaşın qazanılmasında böyük qəhrəmanlıqlar göstərdi. Antəb və çevrəsinin osmanlılara qatılmasında yararlıqlar göstərdi. Osmanlı ordusunun Suriya və Misirə yürüşü sırasında, Əli bəy, osmanlılara bələdçilik etdı. 1517-ci ildə Qahirə önlerinde Ridaniyə savaşının qazanılmasında böyük rol oynayan Əli bəy, Yavuzun güvənini qazandı. Yavuz Sultan Səlim, məmlük sultanı Tumanbay yaxalanınca onu Əli bəyə təslim etdi. Əli bəy də atası Şahsuvar bəyin Qahirənin Babüz-Züvəylədə edam edilişinin intiqamını, Tumanbayı burada edam etdirərək aldı. Misir səfəri dönüşündə Yavuz İstanbula gedərkən Əli bəy də məmləkətinə döndü. Bəyliyin mərkəzini Maraşdan təkrar Əlbistana köçürdü. Əli bəy özünü müstəqil bir dövlətin hökmdarı olaraq görməklə bərabər Osmanlı dövləti ilə dostca keçindi və osmanlıların her yerdə yardımına yetdi. 1519-cu ildə əski zülqədərli torpaqları olan Bozoq (Yozgat)da ortaya çıxan Cəlalın osmanlılara qarşı üsyanını yatırdaraq, Cəlal və adamlarını ortadan qaldırdı. 1521-ci il tarixində Suriyada Osmanlı dövlətinə qarşı, Məmlük dövlətini yeniden qurmaq üçün Canberdi Qazali böyük bir üsyan başladı. Bu üsyanı yatırmağa göndərilən osmanlı sərkərdəsi Fərhad paşanı gözləmədən Canberdi Qazalinin üstünə yürüş edən Əli bəy, onu məğlub edərək qətl etdi. Bu durum Fərhad paşanın Əli bəyi qısqanmasına səbəb oldu. Əli bəy osmanlılara bağlılıq göstərməsinə rəğmən, özünü bir xanədan üzvü olaraq görürdü. Osmanlı dövləti isə onu bir sancaqbəyi olaraq qəbul edirdi. Misir və Suriyani da fəth eden osmanlılar torpaqları arasında müstəqil bir dövləti əsla qəbul edə biməzdilər. Zülqədərli ölkəsində Əli bəyin bəzı işlərindən rahatsız olan xalqın sultana şikayətlərinə görə, Osmanlı dövləti Əli bəyin ölkəsinə təftiş məmurları göndərdi. Əli bəy daxili işlərinə qarışıldığını düşünərək göndərilən müfəttişləri dərhal qətl etdirdi. Bu olay iki tərəf arasında səbr kasasını daşıran son damla oldu. Əli bəyi qısqanan və ona müxalif olan Fərhad paşa, Qanunidən, onun qətlinə dair bir fərman aldı. İran səfəri bəhanəsiylə Toqata çağırılan Əli bəy Artuqovada (Artova) oğulları ilə birlikdə 1522-ci ildə qətl edildi.


Tarix: 14.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...