Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadirin Əfqanıstan yürüşləri

Narazılığın səbəbləri
Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman-xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi. Abbas Qulu xanın yetərincə çevik olmayan daxili siyasəti, tezliklə qızılbaşlardan ibarət Herat qarnozonunun narazılığına səbəb oldu. Onlar Abbas Qulu xanı tutub İsfahana göndərdilər ki, əvəzinə başqa hakim göndərsinlər. Bu fövqəladə hadisə ilə bağlı olaraq Abdulla oğlu ilə birlikdə zindandan qaça bildi. Onlar bütün narazıları öz bayrağı altına yığmağa başladılar. Əsədullanın başçılıq etdiyi dəstələr İsfahandan Herata göndərilən Cəfər xan Ustaclının korpusunu məğlub etdilər. Sonra abdali tayfası Quriyyan yaxınlığında onlara qarşı Məşhəd hakiminin gönədridiyi qoşunu məğlub etdilər.


Tarix: 21.01.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanlı sülalələr
loading...