Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Osmanlı müharibəsi (1578-1590)

Səfəvi-Osmanlı müharibəsi (1578-1590) — 1578-1590-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.

Tarixi
24 avqust 1578-ci ildə Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülh müqaviləsi ilə yekunlaşmışdı) başladı. Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçirdilər. Lakin bir qədər sonra (sentyabr ayında) Səfəvi qoşunları məğlubiyyətin əvəzini çıxıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına doğru irəliləməsinin qarşısı aldılar.

9 sentyabr 1578-ci ildə Səfəvilər və Osmanlı imperiyaları arasında çoxillik müharibələrin ikinci mərhələsi başladı. Azərbaycanın şimal-qərbində Qanıx (Alazan) çayı sahilində (indiki Zaqatala Balakən ərazisi) baş verən döyüşdə Səfəvi qoşunları qalib gəldi. Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ard-arda qələbəlar qazandılar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki türk dövlətinin qanlı müharibələrinin növbəti mərhələsinə yekun vuruldu. Sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi (Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər) Osmanlının nəzarətinə keçdi.


Tarix: 21.01.2015 / 14:18 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanlı sülalələr
loading...