Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Qacar

Həyatı
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç.Qacar 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis - tədqiqatçı fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Ç.O.Qacar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Ç.O.Qacar institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı-200-dən çox
Xaricdə çıxmış elmi əsərlərinin sayı-30
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-50-dən çox
Kadr hazırlığı- 24 fəlsəfə doktoru, 6 elmlər doktoru


Tarix: 19.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanlı sülalələr
loading...