Həyatı
Abbas mirzənin dоqquzuncu оğlu Ərdəşir mirzə 1809-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Rüknəddövlə ləqəbini daşıyırdı.
Ərdəşir mirzə Bəstam vilayətinin hakimi olmuşdu. Babası Fətəli şahın fərmanı ilə Qorqan vilayətinə dəyişilmişdi.
Ərdəşir mirzə Məhəmməd şahın əmri ilə türkmənlərə qarşı döyüşmüşdü. Herat səfərində iştirak etmişdi. Tehrana dönmüş, sonra Mazandaran əyalətinə təyin olunmuşdu.
Ərdəşir mirzə 1846-cı ildə Lurestanın, sonra Xuzestanın valisi təyin edilmişdi. 1850-ci ildə yenidən Mazandaran əyalətinə göndərilmişdi. 1853-cü ildə Tehrana yeni təyinatla bağlı dönmüşdü.
Ərdəşir mirzə 1856-ci ildən Cənubi Azərbaycanın valisi vəzifəsində çalışmışdı. 1859-cu ildə Gilan əyalətinə vali təyin edilmişdi.
Ərdəşir mirzə Qovanlı-Qacar 1866-cı ildə vəfat edib.
Tarix: 19.01.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanlı sülalələr