17-ci əsrdə Rusiyanın Şimali Qafqazda əsas dayağı Terki qalası idi. Burada çar sərdarları və qoşunları yerləşirdi. 17-ci əsrin ortasında rus hökuməti Terki şəhərciyinin ətrafında yetmiş kabardin özdən ailəsi, xeyli rus və erməni köçürmüşdü. Qarnizon 2000 nəfərdən ibarət idi. Terekin sağ sahilində Sunja çayının qovuşduğu yerdə, indiki Qroznının şimal-şərqində, 1635-ci ildə rus hökuməti Sunja istehkamını möhkəmləndirdi. 1645-ci ildən sonra rusların burada əsas dayağı kabardin knyazı Mutsal Terki şəhərciyindən Sunjaya köçür. Sunja istehkamının 2 verstliyində rus təbəsi İldar murzanın başçılığıaltında braqunlular məskunlaşdı. Sunja çayından qərbə hələ İvan Qroznı dövründən Rusiya ilə sıx əlaqələri olan kabardinlər yaşayırdı. Kabardanın cənubunda Dəryal keçidinə nəzarət edən osetinlər yaşayırdı.
Tarix: 21.01.2015 / 14:35 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanlı sülalələr