Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənuşirəvan mirzə Qovanlı-Qacar

Həyatı
Ənuşirəvаn mirzə Bəhmən mirzə oğlu (аnаsı Mələк Sultаn хаnım Məhəmmədtаğı mirzə qızı) 1833-cü ildə Təbriz şəhərində dоğulmuşdu. Sаrаy təlim-tərbiyəsi, təhsili аlmışdı. Ziyaəddövlə ləqəbinə yiyələnmişdi. 28 may 1848-ci ildə Təbrizdən Naxçıvana gəlmişdi. Ordan məmurlar tərəfindən İrəvan şəhərinə yola salınmışdı. İrəvanda atası Bəhmən mirzə Qovanlı-Qacarla görüşmüşdü. Bəhmən mirzə ağır külfəti ilə Tiflis şəhərinə yollanmışdı. 1848-ci ilin yayında Ənuşirəvan mirzə Ordubaddan Təbrizə qayıtmışdı.

Ənuşirəvan mirzə 1850-ci ildə atası ilə görüşmək fikrinə düşmüşdü. Təbriz şəhərindəki rus konsulluğundan lazımi sənədlər almışdı. O, at üstündə 12 gün yol qət edib Tiflisə atasının hüzuruna gəlmişdi. Bir neçə gün atasının yanında qalandan sonra yenidən Təbrizə qayıtmışdı.

1851-ci ilin yanvarında İranda Rusiyanın səfiri olan knyaz Dolqorukov Qafqaz canişini Vorontsova yazırdı ki, Nasirəddin şahın anası Bəhmən mirzənin oğlu Ənuşirəvan mirzəni qızlarının biri ilə evləndirmək fikrindədir ki, şahzadə bunu sevinclə qarşılayır.

1852-ci ilin sentyabr ayında Ənuşirəvan mirzə Şuşa şəhərinə gəlmişdi. Təbrizdə atasının ailəsinin qalanlarını da özü ilə gətirmişdi. Tutulu toyu gecikdiyindən atası onu yenidən Təbrizə göndərmişdi. 1854-cü ildə şahzadə toyunun gecikdirilmə səbəbinə qızmış, Tehrana yollanıb bəstə oturmuşdu. Tələb etmişdi ki, onun nişanlısını versinlər. İran məmurları onu aldadıb bəstdən çıxarıb rus səfarətxanasına təhvil vermişdilər. Ruslar onu Tiflisə yola salmışdılar. Nasirəddin şah bacısını Qəhrəman mirzəyə vermişdi. Qəlbi sınıq Ənuşirəvan mirzə Tiflisdə sərgərdan dolanmışdı. Atası Rzaqulu mirzəni onun ardınca göndərib Şuşa şəhərinə dəvət etmişdi. Onu qorxutmuşdular ki, əgər gəlməzsə, illik 2 min gümüş pulluq təqaüdü kəsəcəklər. 31 mart 1855-ci ildə Ənuşirəvan mirzə qardaşının müşaiyəti ilə Şuşaya gəldi. Ənuşirəvan mirzə Qarabağda çox qalmadı. Yenidən Təbrizə qayıtdı. Dövlət qulluğuna qəbul edildi. Ənuşirəvan mirzə İran ordusunda xidmət еtmişdi, əmirtümən (diviziya generalı) hərbi rütbəsi vardı. Turşiz vilayətinin hakimi olmuşdu.


Tarix: 19.01.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanlı sülalələr
loading...