Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stepan Orbelianın əsərində

Stepan Orbelian (XIII əsr) Sisakanın mahallarının adlarını çəkir çəkir: Tsquqk (həm də Vayosdzor), Qeqarkuni, Sotk, Aqahec (yaxud Xojaraberd), Haband, Baqk (yaxud Atqen), Kovvsakan, Arevik (yaxud Taşton və Meğri), Dzork (yaxud Baqaberd qalası və Kapan), Erindjak və Qoxtan, Cahuk. Sisakanın ərazisi Azərbaycanın Qubadlı–Zəngilan zonasını, indiki Ermənistanın Meğri, Basarkeçər, Qacaran rayonlarını və Naxçıvanın Ordubad–Əlincə bölgəsini əhatə edirdi. Qədim ermənicə verilmiş bu adların türkcə əsl formaları belədir: Tusluk, Quqar, Satak, Ala-İç (sonra Qacar), Abant, Balk (sonra Atqen), Kusakan, Arəvik həm də (Taşton), Əlincə, Kolt və Culfa.

Həmin adların Vayosdzordan (azərbaycanca Vedibasar) qeyri heç biri ermənicə deyil. Bu mənbədə Dzork kimi yazılmış toponimin ermənicə dzor – dərə sözü ilə izah edilməsinə cəhd gğstərilmişdir. Lakin prof. Q. Qeybullayev qeyd edir ki, ermənicə "dzor" sözünün bu toponimlə heç bir əlaqəsi yoxdur, bunu həmin ada əlavə olunmuş k səsi də göstərir, çünki həmin səs qədim erməni dilində bir qayda olaraq tayfa adlarına əlavə olunurdu və cəm bildirirdi. Əslində həmin mahal adı Çor (Çur) kimidir və türk mənşəli çor (şor) tayfasının adını əks etdirir. Bunu Moisey Xorenasinin əsərində Şorapor kimi qeyd olunması da təsdiq edir.


Tarix: 09.01.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycan toponimləri
loading...