Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Simirria

S i m i r r i a – Asurca yazılış formasında bu toponim simir və-ri (-li) şəkilçisindən ibarətdir. Ehtimal ki, bu ad aslində Sivirridir, lakin asur dilində -v səsi olmadığına görə onu -m səsi ilə verirdilər. Türkcə şiver, şiber (buratga şeber, monqolca şiver) – qalın, sıx meşə, bataqlıq cəngəllik, subasar kolluq[46] sözündəndir. Er. əv. 820-ci ilə aid Assur mənbəində Midiyanın Sibaru (u adlıq hal şəkilçisidir) qalasının adı çəkilir. Ehtimal ki, mənaca Simirria toponimi ilə eynidir və Saburxast (IX əsr) toponimində qalmışdı.


Tarix: 09.01.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycan toponimləri
loading...