Süleyman Əhmədov (şəhid)
Həyatı
1940-cı ildə Göyçə mahalının Ağzıbir kəndində anadan olmuşdur. 1950-ci ildə doğma yurdlarından ailəsi ilə birlikdə Ağdama deportasiya olunmuşlar. Burada yaşaya bilməyən ailə Ağdamdan Daşkəsən rayonuna köçmüşdür. 1957-ci ildə hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Saratov şəhərində yerləşən SSRİ DİN-nin xüsusi təyinatlı hərbi məktəbi bitirib. 28 il hərbçi olduqdan sonra mayor Süleyman Əhmədov təqaüdə çıxmış və Nizami rayon Xalq Təhsili şöbəsində ibtidai hərbi hazırlıq üzrə müfəttiş işləmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılmışdır. Laçın rayon könüllülərindən ibarət hərbi motoatıcı batolyona komandir olmuşdur. 6 oktyabr 1992-ci ildə şəhid olub.
Oğlu Rafiq hərbiçidir.
Tarix: 27.01.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycanın müharibələri
loading...