Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir. Bu məqalə Qanzasarı erməni abidəsi hesab edən və hətta onu erməni memarlığının incisi adlandıran erməni və ermənipərəst alimlər arasında böyük narazıhğa səbəb olmuş və buna görə o, 1970-ci illərdə erməni elmi ədəbiyyatında ciddi tənqidlərə məruz qalmışdı. Lakin bu heç də onu ruhdan salmır, əksinə bu mövzunu davam etdirərək, zəngin arxeoloji, epiqrafik materiallar və yazılı mənbələr əsasında öz mövqeyini ciddi şəkildə müdafıə edir və 1986-cı ildə rus dilində "Qanzasar alban abidəsidir" adlı kitabçasmı çapdan buraxır. Ümumiyyətlə, 1960-cı illərin sonlarından R.B.Göyüşov "Qafqaz Albaniyasında xristianlıq" mövzusu istiqamətində tədqiqatlar aparmağa başlayır və bu məqsədlə o, ilk Alban rahibinin dəfn olunduğu və ilk orta əsr Alban memarlığınm ən böyük abidələrindən Ağoğlan məbədinin yerləşdiyi Amaras şəhər yerində fasiləsiz olaraq arxeoloji qazıntı işləri aparır.
Məlum olduğu kimi, erməni alimləri Amarası Şərqi Ermənistan ərazisində yerələşən erməni şəhəri kimi qələmə almışlar, hətta R.B.Göyüşov onlardan bir qpunun qeyri-qanuni qazıntı işləri apararaq ilk Alban rahibi Qriqorisin qəbrini dağıtdıqlarını müəyyən etmişdir. R.B.Göyüşov 10 ilə yaxın Amarasda apardığı qazıntılar zamanı şəhərin tarixinə, onun iqtisadi və sosial həyatına dair xeyli maddi mədəniyyət qalıqlan aşkara çıxarmış, nəticə olaraq, qazıntı materialları və yazılı mənbələr əsasında 1975-ci ildə özünün "Amaras-Ağoğlan" adlı monoqrafıyasını nəşr etdirmişdir. Bu əsərə görə də erməni müəllifləri onu tarixi saxtalaşdırmaqda günahlandırmışlar.
1976-cı ilin sentyabrmda R.B.Göyüşov SSRI EA Dağıstan filialının Q.Dadasi adına tarix, dil və ədəbiyyat institutu tərəflndən Cənubi Dağıstan arxeoloji ekspedisiyasına dəvət olunur. Burada о, 2 ay müddətində Dərbənd, Məhərrəmkənd, Qasımkənd və Axtı rayonları ərazilərində xristian abidələri ilə tanış olur və bu barədə özünün geniş hesabatını yazır.
1976-cı ildə R.B.Göyüşov özünün "Qafqaz Albaniyasında xristianlıq" adlı doktorluq işini başa çatdırmış və onu uzun müzakirələrdən sonra, erməni alimlərinin ciddi və böhtançı çıxışlarına baxmayaraq 1979-cu ildə Gürcüstan EA Tarix institutu nəzdindəki Ixtisaslaşdırılmış Elmi Şurada müvəffəqiyyətlə müdafıə etmişdir. R.B.Göyüşov öz dissertasiya işini bir qədər də təkmilləşdirərək, 1985-ci ildə onu monaqrafıya kimi rus dilində (azərbaycan və ingilis dillərində xülasə ilə) nəşr etdirmişdir.
1970-1980-cı illərdə Azərbaycan bir növ nəhəng tikintilər meydanma çevrilmişdi. Ona görə də hələ 1970-ci ilin ikinci yarısından başlayaraq R.B.Göyüşov institutda "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" üzrə xüsusi şöbənin yaradılması ideyasıni irəli sürür və 1980-ci ildə məqsədinə nail olur, Azərbaycan EA Rəyasət heyətinin qərarı ilə həmin şöbə yaradılır və R.B.Göyüşov onun rəhbəri seçilir. Bu sahədə R.B.Göyüşov qızğın işlər aparır: Naxçıvanda Araz su qovşağı tikintisi zonasınm, Xudafərin və Qızqalası su qovşaqlarının, Yenikənd və Şamxor SES-nin, Mozdok – Qazıməmməd qaz kəməri çəkilişi zonası və digər böyük tikinti zonalarınm arxeoloji abidələri məhz onun rəhbərliyi ilə öyrənilmişdir.
Azərbaycanda arxeologiya elminin sürətli inkişafı və ali məktəblərdə həmin sahənin tədris edilməsində böyük ehtiyacı nəzərə alaraq 1986-cı ildə R.B.Göyüşov özünün "Azərbaycan arxeologiyası" adlı dərs vəsaiti kimi nəzərdə tutulmuş ümumiləşdirici əsərini nəşr etdirir. Əsər elmi ictimaiyyət tərəfındən yüksək qiymətləndirilmişdir.
R.B.Göyüşov 1964-cü ildən başlayaraq respublikamızda (Bakı, Dəvəçi, Yevlax, Göyçay, Biləsuvar, Şəki, Qazax, İsmayıllı) və keçmiş İttifaqın şəhərlərində (Moskva, Leninqrad, Səmərqənd, Alma-ata, Tbilisi, Yerevan, Novosibirisk və s.) çağırılan sessiya, konfrans və simpoziumlarda müntəzəm olaraq çıxışlar etmiş, apardığı tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti yaxmdan tanış etmiş, dəvət olunduğu ali məktəblərdə (Kemerovo, Moskva, Tbilisi, Daşkənd, Təbriz şəhərlərində) mühazirələr oxumuşdur. Ali məktəblərlə əlaqə, onda, SSRl arxeologiyası dərsliyində Azərbaycanın da lazımı dərəcədə əks olunması fıkrini doğurur. Bu şərəfli işi yerinə yetirmək üçün akademik A.I.Martınovla əməkdaşlıq edir. 1989-cu ildə onların şərikli yazdıqları "SSRİ arxeologiyası" dərsliyi nəşr olunur. R.B.Göyüşov bu kitabda türkdilli xalqların arxeologiyasına daha geniş yer verilməsinə səy gostərmiş və buna nail olmuşdur.
Qarabağ abidələrinin tədqiqatçısı kimi, R.B.Göyüşovu ömrünün son illərində erməni tarixçilərinin saxtakarlıq hərəkətləri daha çox narahat edirdi. Odur ki, onlara cavab olaraq və eyni zamanda Qarabağın abidələrini geniş kütlə arasında təbliğ etmək məqsədilə 1993-cü ildə "Qarabağm keçmişinə səyahət" adlı elmi-kütləvi kitabçasını nəşr etdirmişdir. Bundan əlavə Azərbaycan mətbuatında və xarici ədəbiyyatda yüksək elmi səviyyədə və obyektiv yazılmış 100-dən çox məqalələri ilə çıxışlar etmiş, Qarabağ abidələrinin dağıdılmasının qarşısını almaq üçün oz vətəndaşlıq mövqeyini bildirmiş, vaxtında tədbir gorülməsi qayğısına qalmışdır. R.B.Göyüşov ümumiyyətlə Azərbaycan abidələrinin qorunması, saxlanması və təbliği işinə boyük diqqət yetirən yorulmaz alimlərimizdən biri idi.
Tarix: 23.01.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycanın müharibələri