Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm Seyidov (Məcnun oğlu)

Həyatı
Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı ilin 1 mayında Ermənistan Respublikasının Amasya rayonun Əzizbəy kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəy kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində Cüdo-Sambo ilə məşğul olub. Cudo-Sambo üzrə İdman Ustasıdır. Gənclər arasında Ermənistan çempionu olmuşdur. 1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində hərbi biliyin sirlərinə yiyələnib. 1987-ci ildə kecirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olub. 1988-1992-cü illərdə SSRİ- nin Saratov Samara Ulyanski olan Hərbi hissələrdə Tağım və Bölük komandiri və Qərargah rəisi kimi xidmət edib. 1994 cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov vətənə olan borcunu layiqincə qaytardı. Donetskdə ali hərbi təhsil almışdır[2].

Cüdo və sambo üzrə Ermənistan SSR çempionu idi[2].

Döyüşlərdəki iştirakı
Azərbaycanda müharibə başladığı zaman 1992-ci ildə qəhrəmanımız Şövkət Hacıyevanın çıxışındakı “Mən xaricdə qulluq edən Azərbaycan oğulların müraciət edirəm. Bu gün ki, gündə Azərbaycanın onlara ehtiyacı var. Əgər bu günki gündə kim gəlməsə Azərbaycan torpağında gəzmək onlara haramdır”sözlərini eşitdikdən sonra ərizə yazaraq Azərbaycana göndərişini tələb edir. 1993-cü ilin Yanvar ayında Səfər Əbiyevin vasitəsi ilə Baş Leytenant kimi 741 saylı Hərbi hissənin Tabor komandiri ilə vəzifəsinə başlayır. 1993-cü ildə Əlikram Hümbətovun qondarma Talış-Muğan yaratma istəyinin qarşısını alır. Bundan sonra o Kapitan olaraq 741 saylı Hərbi Hissənin komandiri vəzifəsinə təyin olunur. 741 saylı Hərbi hissə Ağcabədidə olarkən erməni işğancılarının Beylaqana hücum edib Binəqdi Taboru darmadağın olduqdan sonra Göytəpə polku Ağcabədidən gəlib Beyləqanı işğaldan azad edib. Bundan sonra Ali Baş Komandan “Eşq olsun Qəhraman Prişib polkuna ” sözü bəzi qara qüvvələr bunu həzm edə bilmir və Hərbi Hissənin qəhraman olub və bunun komandiri Məhərrəm Seyidov olması hərbi hissənin dağıdılmasına və 704 saylı Hərbi hissəyə birləşdirdilər. Müdafiə Nazirnin əmri ilə 888 saylı Hərbi Hissəyə təyin olunur. Qusarda olan hazırlıqlardan sonra Tərtərin müdafiəsi üçün General-Mayor Elburus Orucun xidmətinə verilir. 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində Hərbi Hissə komandiri olaraq ön cəbhədə döyüşərkən ağır yaralanır. Əsgəri Pərvizlə birlikdə sürünərək xəndəyə gizləniblər ki, erməniyə girov düşməsinlər. Bunu eşidən Elburus Orucov şəxsən özü iştirak etməklə bütün Korpusa döyüş əmiri verir. Kapitan Seyidovun yaralı və ya meydini gətirilməsini tələb edir. Mayın 3-ü əsgərlərdən biri kapitanı qanaxmadan ölü vəziyyətdə tapır. 5 may 1994- cü ildə II Fəxri Xiyabanda dəfn olunur. Qarabağ müharibəsində komandirlik etdiyi hərbi hissənin əsgərləri qəhrəmancasına onunla birgə döyüşən və həlak olan iki əsgərin Pərviz Hüseynov və Asif Novruzovun məzarı da onunla yanaşıdır. Ölümündən 32 gün sonra Mayor rütbəsi təsdiqlənir . O cümlədən ölümündən sonra H. Əliyevin 16 Sentyabr 1994-cü il qərarı ilə “Azərbaycan Bayrağı” ilə təltif olunur.

Xatirələr
Nurəddin Ağayevin xatirələrindən: “Həmin anları yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hər şey gözümün qabağındadır. Hərbi hissəyə Qırmızı kəndin ermənilər tərəfindən alınması barədə məlumat gəldi. Düşmən qüvvəsi barədə xəbərsiz idik. Buna baxmayaraq tərəddüd etmədən kəndə daxil olduq. Qızğın döyüş gedirdi müasirəyə düşdük, 21-nəfərimiz şəhid oldu. Özüm isə ağır yaralandım. Yanımdakı iki əsgər mənə yaxınlaşaraq kömək etmək istədi. Elə bu zaman tankdan atəş açdılar. Üçümüzdə yerə yıxıldıq. Huşumu itirdim. Ayılanda yanımdakıların şəhid olduqlarını gördüm. Çox dəhşətli bir mənzərə idi. Mənə kömək etmək istəyən əsgərlər yanımda şəhid olmuşdular. Oğlu Murad Seyidov-"Əmim həmişə deyərdiki Atam əsgərlərini bizdən çox sevirdi.

Qarabağ müharibəsində
Məhərrəm Seyidov 741 saylı hərbi hissənin komandiri olmuşdur. 5 may 1994-cü il tarixində kapitan rütbəsində ikən vəfat etmiş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi[3]. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordenilə təltif edilmişdi[1].

Mükafatları
16.09.1994 — Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni[1].
Qaradağ rayonu Sahil qəsəbəsinin küçələrinin biri məhz Məhərrəm Seyidovun adını daşıyır. Sahil qəsəbənin mərkəzində şəhidin büstü qoyulmuşdur.


Tarix: 26.01.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycanın müharibələri‎
loading...