Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövsüm Məmmədov

Həyatı
Məmmədov Mövsüm Şahin oğlu 1967-ci il 6 iyun Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.

Döyüşlərdə iştirakı
Mövsüm Şahin oğlu Məmmədov 1992-1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. Polis mayorudur, Şuşa rayon Polis Şöbəsində çalışır.

Ailəsi
Ailəlidir, üç övladi var

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür


Tarix: 26.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎
loading...