Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Qasımov (şəhid)

Həyatı
Abbas Şəmməd oğlu Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat edib.

1988-ci ilin aprelində Ermənistandan, dədə-baba yurdundan qovulublar. Köçü gətirəndə Abbas evlərinin əşyalarını yüklədiyi «Kamaz» maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, təsadüf nəticəsində Abbas sağ qalmışdır. Söz var deyərlər, yetim üçün ay da, gün də qaradır. Abbas o təhlükədən sovuşdu, Bakıda isə yağı gülləsinin qurbanı oldu.

Heç yerə işə düzələ bilməmişdi. Günəmuzd fəhləlik edirdi.

2 qardaşı, bir bacısı var. Subay idi.

Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu ilə evdən çıxıb. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra keçinmişdir. O vaxt xəstəxananın işıqları söndürülübmüş. Cərrahiyyə əməliyyatı şam işığında aparılıb.

Şəhidlər xiyabanında dəfn olunub.


Tarix: 27.01.2015 / 12:46 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanın müharibələri‎
loading...