Həyatı
Hüseynov Rəşid Hüseyn оğlu 3 oktyabr 1963-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayоnunun Mollabayramlı kəndində anadan olmuşdur.
Həmin kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
1970-ci ildə kənddə 1-ci sinifə getmişdir.
1975-ci ildə ailələri Xocalıya köçüblər və Rəşid də orta məktəbi Xocalıda bitirib. Sovet ordusunda xidmət edib.
1984-85-ci illərdə Xocalıda Milis bölməsində ictimai asayişin keşikçisi işləmişdir.
Xocalı mühasirədə olduğundan Rəşid öz ailəsini 19 noyabr 1991-ci ildə Xocalıdan köçürmüşdür.
Məlum 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olmuşdur.
Rəşidin, atasının və anasının meyidləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayоnunun Yeni Daşkənd kəndində dəfn оlunmuşdurlar.
Tarix: 27.01.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri