Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvədaşı

Tarixi
Dəvədaşı Kəlbəcər rayonunun Çıldıran inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsini qonşu DovŞanlı kəndindən çıxmış ailələr Dəvədaşı adlı yerdə salmışlar. Kəndə ermənilər tərəfindən Poqosoqomer (erm. "Poqosun tövlələri, pəyələri") adı verilmişdir. 1992-ci ildən kəndin keçmış adı bərpa edilmişdir. Dəvəgözü daşı mineralının adı ilə bağlı olması ehtimal edilir.

Dəvədaşı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dəvədaşı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Tarix: 26.01.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanın müharibələri‎
loading...