Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cet Li

Cet Li (Jet Lee, tam adı: Li Lian-jie) (d. 26 aprel 1963, Pekin,Çin) — Döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. Tsui Harkın rəhbərlik etdiyi "Bir dəfə Çində" filmində xalq qəhrəman (həqiqi) və ən böyük Kunq Fu ustası "Vong Fei Hanq"-ın rolunu oynamaqla məhşurlaşdı.Mündəricat
1 Həyatı
2 Karyerası
3 Filmoqrafiyası
4 Maraqlı faktlar
5 Xarici keçidlər


Həyatı

Li Lian-jie Pekində Çin Xalq Respublikasında anadan oldu.Onun bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat etdi və ailəsi buranı tərk etdi.

Onu Uşu istedadı 8 yaşında məktəbin yay kursunda idman dərsinin qaçışlarında məlum oldu.O Pekin Uşu hərbi məktəbinə yazıldı.Ona məşhur uşunu Li Jufeng və Vu Bin kömək edirdi.Vu Bin həttda Linin ailəsinə maddi kömək edirdi.Çünki Cet Li uşu çempionatlarında 15 qızıl medal və 1 gümüş medal qazanmışdı və onun müəllimlərindən biri kimi Vu Binin adı hallanırdı.Çempionatlardan sonra o ABŞ-a Prezident Riçard Niksonun yanına getdi.Bir dəfə Nikson ona onun cangüdəni olmağı təklif etdi. Li cavab verdi ki, "Mən istənilən adamı qorumaq istəmirəm.Mən böyüyəndə,mənimbir milyard çinli həmvətənimi qorumaq istəyirəm!". Bu sözlər onu məşhur etdi və ona böyük hörmət qazandırdı.Li həmçinin bir nemə uşu stilinin sahibidir.Bunlar "Şimali Longfist Stili" (Changqan) və "Düşən Yumruq"(Fanquziquan).O həmçinin Baguazhang (Səkkiz trigram palması), Taijiquan (Ali son yumruq), Xingyiquan (Məşğul yumruğu ), Zuiquan (Sərxoş adam stili), Yingzhaoquan (Qartal cırmağı yumruğu) və Tanglangquan (Dəvədəlləyi stili) daxil olmaqla başqa fəndləri də öyrənmişdir.O həmçinin uşunun əsas fəndlərindən bəzilərini Sanjiegun-u (Üç bölmə fəndi), Silah, Dao-nu (Qəmə), Jian-ı (Düz qılınc) və s. fəndləri öyrənmişdi.

Cet Li ilə Ceki Çan Honq Konqda

Karyerası

Cet li-nin Uşu ilə qazanılmış şöhrəti onu kinoulduz kimi aktyorluq kariyerasına gətirdi. Onun Çində olan şöhrəti Honkonqada yayıldı.1982-ci ildə Filippində reklam şirkətində öz həqiqi adını onlara başa salmaq çox çətin idi. Filippinlilər onun aktyorluq kariyerasında tez yüksəlməyini təyyarənin anoloji olaraq "havaya qalxmasına" oxşatdılar və beləliklə, onun filim emblemlərində onun adı Cet Li oldu.Tezliklə o "Reaktiv təyyarə" mənasını verən bu adla məhşurlaşdı və hərkəs onu bu adla çağırırdı. 1982-ci ildə onun ilk filmi olan "Şaolin Məbədi" adlı ilk filmi debüt etdi.Onun daha çox məşhur Çin filmləri xatırlanır:

Filmoqrafiyası
Əsas məqalə: Cet Linin filmoqrafiyası



Maraqlı faktlar
Cet Li 9 yaşında Beijing Vuşu Akademiyasına girdi və 16 yaşına qədər qızıl medal qazandı.
20 yaşına gəldiyində aktyorluq təcrübəsi olan Shao Lin Si ilə Şaolin Məbədi filmi ilə ilk dəfə kino dünyasına girdi. Bu filmin çəkildiyi illər Çində Kunq Fu fırtınasının əsdiyi 1980-cı illər idi. 1990-cı illərin əvvəllərində Kunq Fu ulduzlarının ən böyük ulduzlarından biri oldu.
11 yaşında Çin Milli Çempionatında akrobatik əsgər sənəti olan Uşu idmanında çempion oldu və mükafat olaraq Vaşinqtona səyahət qazanaraq ABŞ başçısı Riçard Niksonla tanış olma imkanı qazandı və gündə 4 saatlıq xüsusi İngilis dili dərsləri aldı.
Cet Li eyni zamanda Sinqapur vətəndaşıdır.
Cet Li bir dəfə belə demişdi: "Məni vura bilərsiniz, amma heç vaxt saçıma əl vurmayın,toxunsanız sizi öldürərəm.
Cet Li Ceki Çan ilə yaxın dostdur.


Tarix: 07.02.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Aktyorlar
loading...