Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Norman Uizdom

Norman Uizdom — Britaniyalı komik

Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib.

Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.


Tarix: 07.02.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Aktyorlar
loading...