Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Con Uilks But

John Wilkes Booth (10 May 1838 - 26 Aprel 1865) — 14 Aprel 1865-ci ildə ABŞ prizdenti Abraham Lincolna Vaşinqtondakı Ford's Teatrında sui-qəsd təşkil edən Amerikalı teatr oyunçusudur.

Lincoln başının arxasından tək güllə yarası alaraq hadisənin səhərsi öldü və sui-qəsd nəticəsində ölən ilk ABŞ prizdenti olaraq tarixə keçdi.Booth 19. əsrin qabaqda gələn teatr ailələrindən Marylandli Booth ailəsinin bir üzvü idi və 1860-ci illərdə ABŞ da tanınan teatr aktyorlarından biri idi. O ayrıca Konfederasiya hakimiyyətinin tərafdarı idi və Cənubun Vətandaş müharibəsində məğlub olması boothu cox qəzəbinə səbəb olur Booth bununla yanaşı lincolin köləliyi ləğv edən qanununada cox sərt reaksiya bildirmişdi.Booth və rəhbərlik etdiyi bir qrup sui-qəsdçi Konfederasiyanın köməkliyi ilə Abraham Lincoln,vitse prizdent Andrew Johnson, və Xarici işlər Naziri William Sewardın öldürülməsini planlaşdırırlar.

John Wilkes Booth prizdenti öldürdükdən sonra axtarışa verilən şəkli.

Dörd gün əvvəl Şimal Virginia Ordusundan Robert E. Leenin təslim olmasına baxmayaraq Booth, Konfederasiya Generalı Cozef Johnstonun ordusu General William Tecumseh Sherman əmrindəki ordunun Şimallılara qaşı mübarizə aparması onu haradasa ümüdləndiridi Sui-qəsdçilərdən yalnız Booth öz vəzifəsini müvəffəqiyyətlə yerinə gətirə bilmişdi.Booth sui-qəsd sonrasında at ilə cənub Marylanda buradan da on iki gün sonra ABŞ əsgərləri tərəfindən tapılıb öldürüləcəyi Marylandın şimalına getdi. Sui-qəsdçilərdən səkkizi mühakimə olundu və günahkar hesab edilərək qısa bir müddət sonra da dördü asılaraq edam edildi.İllər boyunca bir çox yazar Boothun təqibçilərindən xilas olmuş ola biləcəyini və dərhal sonra isə başqa bir ad altında ölmüş ola biləcəyini ehtimal etməkdədirlər.Boothun atası tanınmış Shakespeare oyunçusu Junius Brutus Booth və anası Mary Ann Holmes 1821-ci ildə İngiltərədən Birləşmiş Ştatlara köç etdilər. Ailə Harford County, Marylanddakı Bel Airdə bir fermanı aldı. John Wilkes Booth 10 May 1836-ci ildə bu fermada doğuldu. Ona ailənin uzaqdan qohumu olduğunu iddia edilən İngilis radikal siyasətçi John Wilkesin adı verildi. Boothun uşaqlığının keçdiyi ev "Tudor Hall" ailənin Harford Countydakı ərazisində 1847-ci ildə inşa edilmişdi və ev günü bu gündə qalmaqdadır.

Sui qəsdi

14 Aprel 1865-ci ildə Lincoln və arvadı "Amerikalı Əmi oğlumuz" adlı teatr tamaşasını seyr etmək üçün Ford Teatrına getdilər.Lojada Lincolndan başqa Clara Harris adında bir qadın qonağı və qoruyucusu mayor Rathbonedə vardı. Bu sırada teatrın oyunçularından John Wilkes Booth, lojanın önünə gələrək günlərdir incədən incəyə hazırlanan planı tətbiq etməyə başlayacaqdı. Booth isə işini ehtiyatlı tutmuşdu o bir necə həftə əvvəl Respublika başçısının teatra gələcəyini öyrənincə, hazırlıqlarına sürət vermiş,oyunu təkrar təkrar seyr etmiş, xalqın xüsusilə hansı səhnəyə güldüyünə diqqət yetirmişdi. Daha sonra Lincolnun oturacağı lojanın qapısında, içəriyə görə bilməsinə kömək edəcək kiçik bir dəlik açmışdı!.

"Səhnədən ayrıldığım zaman, Amerikanın ən məşhur adamı olacağam!."

Booth, lojanın önünə gəlincə, kiçik dəlikdən içəri baxdı. Lincoln və yanındakılar tamaşaya böyük bir maraqla baxırdırlar. Xalqın ən çox güldüyü hissəyə gəlindiyində, qapını açaraq lojaya girdi. Tamaşaçıların qəhqəhələrini arasında bir atəş səsi eşidildi və Abraham Lincolnun başı qana bulandı. Mayor, bundan sonra özünü toblayib sui qəsdçinin üzərinə atıldısa da, Booth bu səfər də bıçaqını istifadə edərək onu yerə sərdi və lojadan səhnəyə atlayaraq, nə olduğunu anlaya bilməyən tamaşacıların çaşmış baxışları arasında arxa qapıdan qaçdı.Eyni gecə Xarici işlər Naziri Sward, evində nəhəng bir adamın hücumuna məruz qaldı.

1867-ci il Tudor hall

Adam, Swardı boğarkən, arvadının, oğulunun və xidmətçisinin cəld tərpənmələri oğrunun qaçmaq məcburiyyətində oydu. Yenə o gecə, başqa bir oğru, Vitse prizdent Johnsonun evi qarşısında gəzirdi. Lakin içəriyə girməyə cəsarət edə bilməmişdir.Bir gecə içində Amerika Birləşmiş Ştatlarının idarə edən üç adamı öldürmək cəhdindən yalnız biri baş tutdu.Saat 22:15 də Avraam Lincolna başının arxasından atəş acdı.Prizdent yaralı halda prospektin qarşısındakı Peterson Houseyə aparıldı. Sabahısı gün saat 07:22 də həyata gözlərini yumdu. Bu hadisə, Amerikadakı ilk prizdentin sui-qəsdi olaraq tarixə keçərkən xalqı böyük kədərə boğmuşdu.Vaşinqtondan qaçmağı bacaran Booth, günlər sonra tapılaraq, bir fermada yaxalandı. Yanında olan cinayətkarlardan biri təslim oldu, Booth isə intihar etdi. Beləcə qatil, ancaq 96 il sonra bir təsadüf nəticəsidə ortaya çıxacaq sirrini də məzara aparmışdı. Tutulan o biri sui qəsdçilər də hərbi tirubunalda mühakimə olunduqdan sonra asıldılar. Bunların biri də qadın idi.


Tarix: 30.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 503 Bölmə: Aktyorlar
loading...