Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur İsmayılov

Həyatı

2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoruluğu" fakültəsinə daxil olmuş və 2004-cü ildə universiteti bitirmişdir. 1997-2000 -ci illərədək "7 GÜN" qəzetində inzibatçı dizayner, 2002-ci ildən hal-hazıradək Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktyor işləyir. O, Mehman Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Şüngül), Şeyx Əttar Nişapuri "Uçuş" – (3 -cü saliq), Çingiz Aytmatov "Manqurt" – (Nayman döyüşçüsü), Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında "Dulusçu" – (4-cü mim), Bəxtiyar Xanızadə "Zibillik pərvanələri " – (Skripkaçı), B.Xanızadə "Eşq" – (Ulduz), A.Ekzüperi "Balaca şahzadə" – (Qızılgül), Z.Zeynalov "Maska" – (Dairə), A.Kamyu "İnsan" – (Direktor, Selest), Bəxtiyar Xanızadə "Kölgə" – (Kölgə), A.Məmmədov "Korlar" – (5-ci Kor) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Bəylik dərsi" – (Məzhəkəçi), televiziya tamaşasında, R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şair) bədii filmində çəkilmişdir.

E.İsmayılov İranda (Tehran, 3-10 mart 2002, "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Tatarıstanda (Kazan, 30 may-6 iyun 2005, "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon, 1-13 may 2006-cı il, 7-ci uluslar arası Karadeniz Tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.

Filmoqrafiya
Etimad telefonu (film, 2001)
Bəylik dərsi (film, 2007)
Cavid ömrü (film, 2007)


Tarix: 01.02.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Aktyorlar
loading...