Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İftixar Piriyev

İftixar Fərhad oğlu Piriyev - Aktyor. Əsər müəllifi.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

İftixar Fərhad oğlu Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M.A.Əliyev, indiki Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub[1].

İ.Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır.

İ.Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V.Şekspir, "Kral Lir"), Əlibəy (S.Vurğun, "Vaqif"), Niftalı (V.Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N.Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ.Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə.Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S.Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə.Hacızadə, "İtkin gəlin"), Vədad (R.N.Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B.Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A.Rəhimov, "Canavar balası"), Şef (A.Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir.

O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur.

İ.Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. O, çoxşaxəli fəaliyyət növü ilə məşğul olan həmin teatrın nəzdində yaratdığı "Dastan" turizm şirkətinə də rəhbərlik etmişdir. O, Azərbaycan MEA-nın dissertantıdır. "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" adlı şerlər kitabının, H.Əliyevə həsr olunmuş "Böyük Turanın Himni" himn-poemasının, "Ucal", "Könüllərə dolan nur" şeirlərinin, "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı" pyeslərinin müəllifidir. "Dan yeri söküləndə" pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi əsasında tamaşaya hazırlanmışdır.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunmuş, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin olunmuşdur.

İ.Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunmuşdur

Filmoqrafiya
Mənim günahım (film, 1985)
İtkin gəlin (film, 1994)
Canavar balası (film, 1997)
Qırmızı qar (film, 1998)
Yağışdan sonra (film, 1998)
Mənim ömür nəğmələrim (film, 2003)
Ürək Yaman Şeydir... (????)
Qurban (film, 2011)
Sirr (serial, 2012)


Tarix: 05.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Aktyorlar
loading...